Məhsul üzrə menecer

Məhsul üzrə menecer

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    09 may 2019

  • Bitmə tarixi

    08 iyun 2019

Diqqət!

Bu elanın vaxtı bitib. Məhsul üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Məhsul üzrə menecer

Vəzifə öhdəlikləri:

• Assortimentlərin yaradılması;
• Bazar tələbatının, rəqiblərin assortimentlərinin öyrənilməsi;
• Məhsulun gəlirliliyini təyin etmək;
• Məhsulun alışı və ehtiyatının qeydiyyatının aparılması; sifarişlərin yerləşdirilməsi, təchizatçılarla danışıqların aparılması;
• Qiymətin təyin edilməsi, məhsulun satılma tezliyini təyin etmək;
• Satışın stimullaşdırılması, reklam və promo aksiyaların təşkil edilməsi.
• Merçendayzinq standartlarının hazırlanması.

Tələblər:

• Ali təhsil;
• Elektronika sahəsindən (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) məlumatlı olmalı;
• Vəzifə üzrə iş təcrübəsi – 1 ildən;
• Azərbaycan və rus dillərini yüksək səviyyədə, İngilis dilini yaxşı səviyyədə bilməli;
• Ofis və 1C proqramlarını yüksək səviyyədə bilməlidir.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Məhsul üzrə menecer” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #836825

  • 1398

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox