Məhsul Riskləri üzrə Baş Mütəxəssis

Məhsul Riskləri üzrə Baş Mütəxəssis

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    27 iyun 2022

  • Bitmə tarixi

    27 iyul 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

  • Bankın potensial itkilərinin minimallaşdırılması məqsədilə məhsul və proseslərin, eləcə də məhsul portfeli üzrə nəticələrin avtomatlaşdırılması;
  • Məhsul portfelinin əsas parametrlər üzrə dinamikasının izlənilməsi, eləcə də trend və davranış təhlillərinin aparılması;
  • Modelin idarəedilməsi standartlarının vaxtında və effektiv tətbiq edilməsi;
  • Müvafiq tələblərə uyğun gəlməsinə əmin olmaq üçün model risklərinin idarəedilməsi qaydalarına uyğun model performansının izlənilməsi;
  • Modelin qeyri-effektivliyi səbəbindən yarana biləcək itkilərin qarşısının alınması tədbirlərinin icrası;
  • Model performansının təhlili və proses ilə bağlı müvafiq anlayışların təqdim edilməsi;
  • Qeyri-işlək kreditlərin izlənilməsi, təhlili və inkişaf etdirilməli məqamların müəyyən edilməsi;
  • Portfelin nəticələri və portfelin müxtəlif istiqamətlərdə (müştəri seqmenti, sənaye növü, tələb və təklif) əsas göstəricilərinin təhlili;
  • Məhsul ilə bağlı risklərin idarəedilməsi üzrə ümumi prosesin yaradılması və icrası;
  • Qayda və təlimatların mütəmadi olaraq yenilənməsi;
  • Prosesin təkmilləşdirilməsinə cavabdehlik və proseslərdə əməliyyat itkilərinin aradan qaldırılması;
  • Əməliyyatların standartlaşdırılması və avtomatlaşdırması üzrə təkliflərin verilməsi;
  • Model üzrə ƏFG-nin izlənilməsi və yenilənmə üzrə təşəbbüskarlıq;
  • Modelin strukturu və idarəedilməsinin effektiv tətbiq olunmasına cavabdehlik;
  • Təkmilləşdirilmiş ideyaların praktiki tədbirlərə transformasiyası;
  • Məhsul üzrə dəyişikliklərin müəyyən edilməsi; (müddət, faiz və s.)
  • İdarəedilə bilən risklər əsasında biznesin davamlılığı üzrə planların hazırlanması;
  • Sifarişlərin işlənməsi ilə bağlı anderrayterlərə dəstək.

Namizədə tələblər:

  • Təhsil: Maliyyə, Bank işi, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 3-5 il
  • Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikatlar
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) 
  • Kompüter bilikləri: Microsoft Office
  • Bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olmaq
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox