- Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
- Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək;
- Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
- Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
- Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq;
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
- İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
- Rəhbərlik tərəfindən həvalə olunan əlavə tapşırıqları yerinə yetirmək;
Namizədə tələblər:
- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil;
- Brend və ya reklam işi sahəsində ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- MS Office;
- Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir)
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Trello);
- Böyük müştəri bazası ilə işləmə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Təşəbbüskar və yaradıcıl;
- Yeni trendlərdən xəbərdar olmaq;
- Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı;
- Vendorlarla işləmə bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Vaxtın düzgün idarə olunması bacarığı
- Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
- Təzyiq altında işləmə bacarığı
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!