Vaxtı bitib

Maliyyə meneceri-iqtisadçı

  • Bakı
  • Menecment
  • 22 oktyabr 2020
  • 1 353 baxış
  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Təcrübə 1 ildən 3 ilə qədər
  • Bitmə tarixi 21 noyabr 2020
Diqqət!

Bu elanın vaxtı bitib. Maliyyə mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

Vəzifə: Maliyyə meneceri-iqtisadçı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”

Dövlət Proqramı haqqında

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının icra istiqamətləri İdarəetmə Qrupunun fəaliyyəti, həmçinin beynəlxalq ikili diplom proqramlarının və Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin təşkili və maliyyələşdirilməsindən ibarətdir.

Vəzifə haqqında

Maliyyə meneceri-iqtisadçı vəzifəsinin icrası İdarəetmə Qrupunun fəaliyyətinin, həmçinin beynəlxalq ikili diplom proqramlarının və Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsindən ibarətdir.

Maliyyə meneceri-iqtisadçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən işə qəbul olunur və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbərinə hesabat verir.

Ümumi öhdəliklər:

- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın (Dövlət Proqramı) fəaliyyətinin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatların toplanması və analizi, maliyyə - iqtisadi təhlillərin aparılması;
- Dövlət Proqramının fəaliyyətinin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak etmək;
- Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının və xaricdə doktorantura təhsilinin icrası və İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı büdcənin, gəlir və xərclər smetasının hazırlanması;
- Dövlət Proqramının icrası ilə bağlı maliyyə ili və növbəti illər üçün büdcə proqnozunun hazırlanması;
- Dövlət Proqramının icrası ilə bağlı İctimai Sektor üçün Mühasibat uçotunun beynəlxalq standartlarına əsasən mühasibat uçotunun təşkili və aparılması;
- Dövlət Proqramının icrası ilə bağlı Büdcə sistemi haqqında Qanuna əsasən rüblük və illik hesabatların, həmçinin İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarının hazırlanması;
- Dövlət Proqramına və DPİQ-ə aid olan aylıq, rüblük, illik bəyannamələrin və hesabatların (vergi, sosial sığorta, statistika və s.) hazırlanmasına nəzarət etmək;
- Maliyyə sənədlərinin yoxlanılmasında, ödənişlərin həyata keçirilməsinə nəzarət etmək;
- Malların (iş və xidmətlərin) satınalınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməklə müqavilələrin hazırlanması;
- DPİQ-ə daxil olan maliyyə xarakterli məktubların icrası;

Namizədə tələblər:

Tələb olunan göstəricilər:

- Mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyatın tənzimlənməsi ixtisas istiqamətləri üzrə ali təhsil;
- Maliyyə işləri üzrə minimum 2 il iş təcrübəsi, büdcə təşkilatında iş təcrübəsinə üstünlük verilir;
- Elektron Maliyyə proqramlarını işlətmə bacarığı;
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) – yüksək səviyyədə
- Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və İngilis dili – orta səviyyədə. Qeyd edilən dillər üzrə şifahi və yazı qabiliyyətinə sahib olma;
- Yüksək ünsiyyət və kollektivdə iş bacarığı;
- Təşkilati bacarıqlar;
- Digər tələblər: İdarəçilik qabiliyyətlərinə malik olmalı, Mövcud qanunvericiliyi bilməlidir.

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində İşin adı göstərilməklə dpinfo@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

Müraciət üçün son tarix 30 oktyabr 2020-ci ildir.

Dövlət Proqramı haqqında daha ətraflı məlumat üçün www.dp.edu.az saytına daxil olmaqla əldə etmək olar.

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Maliyyə meneceri-iqtisadçı üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs Maliyyə meneceri-iqtisadçı vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək Maliyyə meneceri-iqtisadçı vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

6

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ