Layihə rəhbəri

Layihə rəhbəri

Kontinent İnşaat MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Tikinti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    29 oktyabr 2020

  • Bitmə tarixi

    28 noyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Layihə rəhbəri vakansiyaları üçün bura keçid edin!

Vəzifə üzrə öhdəliklər:

• Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
• Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsini,
• Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi,
• Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
• Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
• Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi,
• Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
• Layihənin gedişatı və xərclərlə bağlı periyodik hesabatların hazırlanmasının təmin edilməsi.



Namizədə tələblər:

• İnşaat Mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
• İnşaat sahəsi əsasən sənaye və mülki binaların tikintisində minimum 10 il iş təcrübəsi;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
• Rəsmi yazışma edə bilmə səviyyəsində ingilis dili bacarığı arzuolunandır;

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@kontinent.az elektron ünvanına, mövzu hissəsində “layihə rəhbəri” qeyd edərək göndərə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #840493

  • 2969

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox