Vakansiya haqqında
Təsvir
- Təhkim edilmiş aeroport ərazisində yerləşən inzibati, xidməti və yardımçı binaların, otaqların və ümumi istifadə sahələrinin təmizliyinə, sanitariya-gigiyena vəziyyətinə nəzarət etmək;
- Təhkim edilmiş ərazidə mütəmadi baxışlar keçirmək, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görmək;
- Bina və otaqların təsərrüfat təminatını təşkil etmək, əməkdaşlar üçün normal əmək şəraitinin yaradılmasına nəzarət etmək;
- Təhkim edilmiş ərazidə yerləşən mebel, inventar və digər maddi-texniki vasitələrin qorunmasını və düzgün istifadəsini təmin etmək;
- Təmizlik və təsərrüfat işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;
- Müvafiq işlərin təşkili və aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
- Təhkim edilmiş ərazidə görülmüş işlər və mövcud çatışmazlıqlar barədə birbaşa rəhbərinə mütəmadi məlumat vermək.
Tələblər
- Təsərrüfat, inzibati idarəetmə və ya müvafiq sahələr üzrə iş təcrübəsi;
- Təsərrüfat və texniki xidmət proseslərinin planlaşdırılması, təşkili və icrasına nəzarət bacarığı;
- İşçilərin fəaliyyətinin koordinasiyası və iş bölgüsünün düzgün təşkili bacarığı;
- Yaranan problemləri operativ müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları tapmaq qabiliyyəti;
- Təşəbbüskarlıq, çevik qərarvermə və yüksək məsuliyyətlilik.
İş rejimi: Növbəli;
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!