Kreditlərin keyfiyyətinə daxili nəzarət şöbəsinin mütəxsəssisi

Kreditlərin keyfiyyətinə daxili nəzarət şöbəsinin mütəxsəssisi

Xalq Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    20 dekabr 2023

  • Bitmə tarixi

    19 yanvar 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Kredit mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Təsvir

· Kredit dosyesinin Bankın daxili standartlarına cavab verməsinin yoxlanılması məqsədilə kredit sənədlərinin (o cümlədən, kreditə üzrə təminata aid sənədlərin) düzgünlüyünün və tamlığının yoxlanılmasını təmin etmək

· Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması 

· Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsinə yönəldilmiş təqib işinin və vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin filiallar tərəfindən tam və vaxtında aparılmasına nəzarət etmək;

· Təsdiq olunmuş limitlərə filiallar tərəfindən riayət olunmasına nəzarət etmək, rəsmiləşdirilmiş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması məqsədilə səyyar və distant (məsafədən) yoxlamalar aparmaq;

·  Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;

·  Müvafiq yoxlamalarzamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;

·  Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və vəziyyətinin yoxlanılması 

Tələblər

·     Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;

·     Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi; 

·     Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

·     Analitik düşüncə;

·     Stressə davamlılıq, komandada işləmə bacarığı; 

·     Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox