Kredit Risklərinin Təhlili Departamentinin Korporativ Kredit Risklərinin Təhlili Şöbəsinin mütəxəssisi

Kredit Risklərinin Təhlili Departamentinin Korporativ Kredit Risklərinin Təhlili Şöbəsinin mütəxəssisi

Kapital Bank
  • Şəhər

    Bakı, Mərkəz filialı,

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    20 iyul 2026

  • Bitmə tarixi

    25 iyul 2026

Birbankın Korporativ Kreditlərin Təhlili şöbəsinin komandamıza qoşulmaq üçün analitik düşünmə bacarığına sahib, detallara diqqətli və davamlı inkişafı hədəfləyən əməkdaş axtarırıq. İdeal namizəd müştərilərin kredit və digər müvafiq müraciətlərini qiymətləndirəcək və şirkətin siyasət və qaydalarına uyğunluğunu təmin edərək ödəmə qabiliyyətini müəyyən edəcək.

+ ' ' +
  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya bank işi üzrə ali təhsil;
  • Maliyyə hesabatlarının əsasları üzrə biliklər;
  • Balans, Mənfəət və Zərər və Pul vəsaitlərinin hərəkəti hesabatları barədə ümumi anlayış;
  • ACCA, xüsusilə FA/F3 və FR/F7 istiqamətində təhsil və ya sertifikatların olması arzuolunandır;
  • Araşdırma aparmaq və məlumatları təhlil etmək bacarığı;
  • Analitik və məntiqi düşünmə qabiliyyəti;
  • Rəqəmlərlə işləmək və məlumatlarda uyğunsuzluqları müəyyən etmək bacarığı;
  • Komandada işləmək və effektiv kommunikasiya qurmaq qabiliyyəti;
  • Microsoft Office proqramlarında, xüsusilə Word, Excel və PowerPoint-də işləmək bacarığı;
  • Hesabat və təqdimatların hazırlanması üzrə baza bacarıqları;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində maliyyə sənədlərini oxuya biləcək səviyyədə bilik;
  • Kredit, maliyyə, audit, mühasibatlıq və ya əlaqəli sahə üzrə minimum 2 il iş təcrübəsi.
+ ' ' +
  • İnkişaf imkanları
  •  Rəqabətli əmək haqqı və bonuslar
  •  Yüksək təminatlı sığorta
  •  Dəstəkləyici mühit
  •  Visa Premium əmək haqqı kartı
  •  Korporativ endirimlər
  •   Korporativ tədbirlər
  •   Əlavə məzuniyyət
  •  Güzəştli təhsil və işçi kredit[
+ ' ' +
  • Kredit və sənədli əməliyyat məhsulları üzrə daxil olan müştəri müraciətlərinin ilkin nəzərdən keçirilməsi;
  • Borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsi üçün tələb olunan sənəd və məlumatların toplanması;
  • Müştəridən daxil olan maliyyə və qeyri-maliyyə məlumatlarının müəyyən edilmiş standartlara uyğun sistemləşdirilməsi və emal edilməsi;
  • Maliyyə hesabatlarının, vergi bəyannamələrinin, bank hesabı dövriyyələrinin və digər sənədlərin yoxlanılması;
  • Balans, Mənfəət və Zərər və Pul vəsaitlərinin hərəkəti hesabatları üzrə əsas göstəricilərin hesablanması;
  • Müştərinin maliyyə vəziyyəti, kredit tarixçəsi, mövcud öhdəlikləri və fəaliyyət sahəsi üzrə araşdırmanın aparılması;
  • Maliyyə məlumatlarında aşkar edilən uyğunsuzluqların və əlavə araşdırma tələb edən məsələlərin məsul əməkdaşa təqdim edilməsi;
  • Kredit rəylərinin, maliyyə təhlili cədvəllərinin və komitə materiallarının hazırlanmasında iştirak edilməsi;
  • Bankın daxili qayda və prosedurlarına, məxfilik prinsiplərinə və aidiyyəti normativ tələblərə riayət edilməsi.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

Kredit Risklərinin Təhlili Departamentinin Korporativ Kredit Risklərinin Təhlili Şöbəsinin mütəxəssisi vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox