Vakansiya haqqında
“Qarant Kredit” Lombard təşkilatı Tovuz və Ağstafa şəhərində yerləşən
filialları üçün “Kredit mütəxəssisi” vakansiyası elan edir.
İş barədə məlumat:
- Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını həyata keçirmək;
- Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayəndəlik funksiyaları həyata
keçirmək;
- Müştərilərə təşkilatın kredit məhsulunun şərtləri barədə ətraflı məsləhət vermək;
- Gecikmədə olan müştərilərlə əlaqə saxlamaq və aylıq ödənişlərin həyata
keçirilməsini təmin etmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığı təmin etmək məqsədi ilə operativ xidmət
göstərmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və onu idarə etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
- Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq.
- Ali təhsil;
- Müvafiq vəzifədə azı 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır;
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Müştərini cəlbetmə bacarığı.
- Qeyd:Bank,Bank olmayan kredit təşkilatı və Lombard sahəsində çalışan
namizədlərə üstünlük verilir.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Kredit
mütəxəssisi(Tovuz/Ağstafa)" başlığı altında hr@qarantkredit.az elektron
ünvanına göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!