Vakansiya haqqında
“Güvənli MMC” kredit təşkilatı Bakı,Gəncə,Quba və Xaçmaz şəhərlərində kredit departamentində kredit mütəxəssisi vakansiyası üçün ödənişli Təcrübə Proqramını açıq elan edir. 2021-ci ilin aprel ayından etibarən “Güvənli” MMC ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib. Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.
İş haqqında məlumat :
- Lombardın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
- Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
- Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək.
Tələblər :
- Cins: Xanım və Kişi namizədlər;
- Şəhər: Bakı,Quba,Xaçmaz,Gəncə;
- Ali təhsil müəssisəsini yeni bitirməli;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Satış bacarığına malik olmaq;
- Əla ünsiyyət qura bilmək;
- Komandada işləmək bacarığı;
- İnkişafa meyilli olmalıdır.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini hrguvenli@gmail.com elektron ünvanına “Təcrübəçi” başlığı ilə göndərə bilər.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!