Kredit İdarəsinin Kiçik və orta sahibkar (KOS) kreditlərinin təhlili şöbəsi

Kredit İdarəsinin Kiçik və orta sahibkar (KOS) kreditlərinin təhlili şöbəsi

Xalq Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    07 fevral 2025

  • Bitmə tarixi

    14 mart 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Kiçik və orta sahibkarlarla iş üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Kredit İdarəsinə daxil olmuş biznes kreditləri üzrə müraciətlərin təhlil edilməsi;
  • Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi;
  • Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
  • Bankın filiallarının Kredit şöbəsinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi;
  • Zərurət yarandıqda kredit sifarişini edən müştərilərlə görüşlər keçirmək;
  • Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə etməklə müxtəlif ssenarilərin təhlili və simulyasiyanın edilməsi.

 

Tələblər:

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • Biznes kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
  • Analoji sahədə (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox