Vakansiya haqqında
Korporativ satış üzrə kiçik mütəxəssis/mütəxəssis
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Korporativ satış bölməsində Korporativ satış üzrə kiçik mütəxəssis/mütəxəssis vakansiyasını elan edir.
Kimlər müraciət edə bilər?
21-29 yaş aralığında gənclər
Korporativ satış üzrə kiçik mütəxəssis nə iş görür?
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Məhsul və xidmətlər haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərilməsi
Əlavə məlumat
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 10:00 – 14:00
- Əmək haqqı: 300/400 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Korporativ satış üzrə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Namizədə tələblər:Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
- Səlis və aydın nitq qabiliyyəti
- Müştəri yönümlülük, təqdimetmə bacarığı
- Yüksək ünsiyyətqurma, satış və inandırma bacarığı
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!