Vakansiya haqqında
Korporativ satış bölməsində təcrübə proqramı
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Korporativ satış bölməsində təcrübə proqramı elan edir.
Təcrübə proqramı barədə məlumat
Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir. Öz karyera arzularınızı reallaşdırmaq, yeni təcrübə və biliklər qazanmaq istəyirsinizsə Ferrum Capital QSC sizin üçün ən doğru seçimdir.
Təcrübə proqramına kimlər müraciət edə bilər?
- IV kurs tələbələri
- Yeni məzunlar
- 21-26 yaş aralığında gənclər
Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Məhsul və xidmətlər haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərilməsi
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Korporativ satış bölməsində təcrübə” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Namizədə tələblər:Namizəddə hansı özəllikləri axtarırıq?
- Ali təhsil
- Əla səviyyədə azərbaycan dili
- Səlis və aydın nitq qabiliyyəti
- Təqdimetmə və inandırma bacarığı
- MS Word, Excel proqramları üzrə biliklər
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!