Korporativ idarəetmə və metodologiya şöbəsi üzrə mütəxəssis

Korporativ idarəetmə və metodologiya şöbəsi üzrə mütəxəssis

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    11 mart 2024

  • Bitmə tarixi

    20 aprel 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Korporativ idarəetmə üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Görəcəyiniz Işlər

  • Proses sahibləri ilə birgə biznes proseslərin (mövcud və yeni) təhlilini həyata keçirmək, optimallaşdırma imkanlarını araşdırmaq, bununla bağlı təkliflər vermək və biznes prosesləri müvafiq alətlər vasitəsilə vizuallaşdırmaq (proses xəritələrini hazırlamaq);
  • Biznes və dəstəkləyici proseslər üzrə qrafik təsvirləri (proses xəritələrini) hazırlamaq;
  • Biznes proseslərin optimallaşdırılması ilə bağlı layihələrdə iştirak etmək;
  • Bankın biznes və dəstəkləyici proseslərini tənzimləyən daxili normativ sənədlərin layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
  • Mövcud daxili normativ sənədlərin, o cümlədən korporativ idarəetmə ilə bağlı bankdaxili normativ sənədlərin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
  • Bankın struktur bölmələrinə və törəmə müəssisələrinə onların müraciəti əsasında korporativ idarəetmə və normayaratma fəaliyyətləri üzrə metodoloji dəstək göstərmək;
  • Korporativ idarəetmə sahəsində qanunvericiliklə və bankdaxili qaydalarla müəyyən edilmiş vəzifələrinin həyata keçirilməsində Bankın korporativ katibinə dəstək göstərmək.

Bizim Üçün Uyğun Namizəd

  • Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat və ya digər uyğun sahələr üzrə ali təhsili olan (xaricdə təhsil və ya beynəlxalq sertifikatlar arzuolunandır);
  • Bank sahəsində ən azı 1 il iş təcrübəsi olan;
  • Bank prosesləri barədə məlumatlı olan (İT sahəsində biznes proseslər barədə məlumatlı olmaq və bu prosesləri təhlil etmək bacarığına sahib olmaq əlavə üstünlükdür);
  • Biznes proseslərin modelləşdirilməsi, proses xəritələrinin hazırlanması üzrə təcrübəsi olan (MC Visio, ARIS kimi sistemlərdə işləməyi bacarmaq əlavə üstünlükdür);
  • Microsoft Office proqramlarından (Word, PowerPoint, Excel) yüksək səviyyədə istifadə etmək bacarığına sahib olan;
  • Azərbaycan və İngilis dillərini mükəmməl səviyyədə bilən və Azərbaycan dilində yüksək səviyyədə yazma qabiliyyətinə malik olan (rus dilini bilmək əlavə üstünlükdür);
  • Beynəlxalq səviyyədə tanınan korporativ idarəetmə standartları və proses metodologiyaları üzrə biliklərə sahib olan;
  • Güclü kommunikasiya və təqdimat bacarığı olan şəxsdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox