Vaxtı bitib

Korporativ biznesin inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis

16 iyul 2021 1 587 baxış

  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Təcrübə 1 ildən 3 ilə qədər
  • Bitmə tarixi 15 avqust 2021
  • Ünvan Bakı
Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Korporativ biznesin inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis üzrə əməkdaş axtarırsınız?

Hər gün yüzlərlə namizəd saytımızda bu vəzifə üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

ABB Korporativ biznesin inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Korporativ biznes üzrə bazar araşdırmasının aparılması;
• Yeni məhsul və xidmətlərin yaradılması, eləcə də cari məhsul və xidmətlərin modifikasiyası üzrə zəruri tədbirlərin görülməsi;
• Korporativ biznesə aid məhsul və xidmətlər üzrə satış strategiyasının hazırlanması/inkişaf etdirilməsi ;
• Korporativ müştəri menecerlərinin satış bacarıqlarının artırılmasına dəstək göstərmək (təlimlər təşkil etmək);
• CRM və rəqəmsal satış kanalları ilə bağlı platformaların strateji inkişafı istiqamətində dəstək göstərmək;
• Korporativ biznes üzrə nəzərdə tutulan strateji layihələrin icra edilməsi.

Namizədə tələblər:

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli ( İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi üzrə təhsil üstünlükdür );

• Məhsul və xidmətlərin yaradılması sahəsi üzrə (product owner, product manager, bazar araşdırması, satış və marketinq planlaması və s.) təcrübəsi olan;

• Yüksək ünsiyyət qurma və təqdimat bacarıqları olan;

• Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra edə bilən şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

• Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
• Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi abbcareers@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ biznesin inkişafı şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Korporativ biznesin inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

6

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ