Bakı
Bank xidməti
Razılaşma ilə
Tam-ştat
01 avqust 2020
31 avqust 2020
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
• Korporativ istqamət üzrə təşəbbüslərin həyata keçirilməsinə və keyfiyyətlə icrasına nəzarət etmək və dəstək olmaq;
• Strateji təşəbbüslərin həyata keçirilməsi məqsədilə bank xarici məsləhətçilərlə layihələri həyata keçirmək;
• Strateji istiqamət üzrə bazar araşdırmasını aparmaq və təqdimatları hazırlamaq;
• Məhsullar, biznes istiqaməti və şirkətlərin təhlili də daxil olmaqla hərtərəfli bazar araşdırmasını aparmaq;
• Yerli və beynəlxalq səviyyədə maliyyə və digər hesabatların təhlilini aparmaq və təqdimatlar hazırlamaq;
• Transformasiya proqramının korporativ bankçılıq istiqaməti üzrə ümumi inkişaf gedişatına dair hesabatlar hazırlamaq və kommunikasiyasını həyata keçirmək
• Ali təhsilli (Biznes, İqtisadiyyat, İdarəetmə üzrə);
• Bank sektoru, Maliyyə səhəsi, Konsaltinq və məsləhət xidmətləri, strateji və layələrin idarəolunması sahəsində 1-3 il iş təcrübəsi olan;
• Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
• Məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilikli olan;
• MS Office proqramları ilə (Word, PowerPoint, Excel, Outlook) işləmə bacarığı olan;
• Yüksək təqdimetmə bacarığına malik olan;
• Yüksək kommunikasiya bacarıqları olan bir şəxsdir
Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “TO Korporativ bankçılıq üzrə baş mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.ibar.az
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.