Komplayns Xidməti üzrə Kiçik Mütəxəssis

Komplayns Xidməti üzrə Kiçik Mütəxəssis

PASHA Insurance
  • Şəhər

    Bakı

  • Kateqoriya

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    12 iyul 2022

  • Bitmə tarixi

    11 avqust 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Hüquqşünas vakansiyaları üçün bura keçid edin!

  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indikatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək;
  • İllik plan əsasında uyğunluq yoxlamalarını həyata keçirmək, nəticə ilə bağlı birbaşa rəhbərinə hesabat və tövsiyə sənədi təqdim etmək;
  • Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
  • Şirkətdaxili bütün normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) müvafiq struktur bölmələrdən daxil olan sorğular əsasında qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirmək;
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qanuniləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyətin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək;
  • Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasını təmin etmək;
  • Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək, zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı birbaşa rəhbərini məlumatlandırmaq;
  • Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin etmək;
  • Şirkətin yeni yaradılmış satış kanalları  və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s.) üzrə müvafiq struktur bölmələrdən daxil olan sorğular üzrə qanunvericiliyə uyğunluğunu təhlil edib rəy vermək;
  • Komplayns istiqaməti üzrə birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə tələblər:

Hüquq üzrə ali təhsil;

Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;

Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.

Təcfrübə:

Komplayns, Risklərin idarə olunması, Audit, Hüquq sahəsi üzrə minimum 1 il təcrübə (sığorta, bank sahəsində və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).

Bacarıqlar:

  • Dürüstlük;
  • Şəffaflıq;
  • Komandada işləmək bacarığı;
  • Vaxtın səmərəli idarə edilməsi bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Stresə davamlılıq;
  • Təşəbbüskarlıq;
  • Şəxsi inkişafa yönümlülük;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq;
  • Yaxşı ünsiyyət bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #845747

  • 1741

Vəzifə Hüquqşünas

İş rejimi Tam-ştat

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox