Komplayens üzrə mütəxəssis

Komplayens üzrə mütəxəssis

GL ASC
  • Şəhər

    Bakı, Səməd Vurğun 60

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    03 noyabr 2025

  • Bitmə tarixi

    13 dekabr 2025

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

📌 Vakansiya: ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis / kiçik mütəxəssis

Şirkət: “GL” ASC

Əsas vəzifə öhdəlikləri:

  • Maliyyə Monitorinq Xidmətinə təqdim olunan hesabatların düzgünlüyünü yoxlamaq;
  • ƏL/TMM üzrə daxili təlim və maarifləndirmə tədbirlərində iştirak etmək;
  • Beynəlxalq sanksiyalar və qara siyahılar (OFAC, UN, EU sanksiyaları) üzrə yoxlamalar aparmaq;
  • Daxili normativ sənədlərin, siyasətlərin və prosedurların qanunvericiliyə uyğunluğunu qiymətləndirmək;
  • Yeni məhsul və xidmətlər üzrə compliance rəyini vermək;
  • ARMB, Maliyyə Monitorinq Xidməti və digər tənzimləyici qurumlardan daxil olan sənədləri təhlil etmək və icrası üzrə tövsiyələr vermək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və aidiyyəti bölmələrə məlumat vermək;
  • Komplayens risklərini təhlil etmək və onların azaldılmasına dair tədbirlər təklif etmək;
  • Struktur bölmələrin fəaliyyətinin komplayens tələblərinə uyğunluğunu qiymətləndirmək;
  • Şübhəli əməliyyatların monitorinqini həyata keçirmək;
  • Yüksək riskli müştərilərlə bağlı sənədləşməni yoxlamaq və təhlil etmək.

Namizədə tələblər:

  • Ali hüquqi və ya iqtisadi təhsil (komplayens, hüquq, maliyyə və əlaqədar sahələr üzrə);
  • Minimum 1 il iş stajı (bank sektorunda təcrübəyə üstünlük verilir);
  • ƏL/TMM, AML, CAMS və beynəlxalq sanksiyalar üzrə biliklər;
  • Azərbaycan Respublikasının maliyyə sektoru üzrə qanunvericiliyə bələd olmaq;
  • AR MB və Maliyyə Monitorinq Xidmətinin normativ sənədlərini bilmək;
  • Analitik düşüncə, araşdırma və sənədlərlə işləmə bacarığı;
  • Yüksək diqqətlilik, etibarlılıq və etik davranış;
  • Azərbaycan dili – səlis, ingilis və rus dilləri – arzuolunandır;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı.

Əmək haqqı:

💰 Razılaşma yolu ilə

Müraciət qaydası:

Maraqlanan şəxslər CV-lərini “ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis/kiçik mütəxəssis” başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
📧 vakansiya@glasc.az

➡️ Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
📌 Qeyd: Göndərilən bütün CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.

Əlaqə:

📍 Ünvan: Baş ofis, Səməd Vurğun 60
📞 Telefon: (+994 51) 248 10 00
🌐 Vebsayt: www.sizinlombard.az
📩 Email: info@glasc.az

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox