Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Kiçik və Orta sahibkarlıq subyektlərinin kredit və qarantiya sifarişlərinin təhlili və qiymətləndirilməsi, rəyin formalaşdırılması, sifarişlərin Kredit Komitəsinə təqdim edilməsi və müdafiəsi;
- Kiçik və Orta sahibkarlıq seqmenti üzrə kredit portfelinin keyfiyyətinin təhlili və nəzarət;
- Kredit gecikmələrinin ilkin təqibi və gecikmə səbəblərinin təhlili;
- Kiçik və Orta Sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş cari məhsul və xidmətlərin təkmilləşdirilməsi üçün bazarın araşdırılması və təkliflərin verilməsi;
- Filial əməkdaşları ilə kommunikasiyanın qurulması.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilli;
- Maliyyə təhlili, monitorinq bilikləri və bank qanunvericiliyi ilə bağlı bilikləri olan;
- Kredit sahəsi üzrə 1-3 il iş təcrübəsi olan;
- Analitik düşüncə və ünsiyyət qurma qabiliyyəti olan;
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!