Diqqət! Bu elanın vaxtı bitib. Kassir vakansiyaları üçün bura daxil olun.
Elan № 6010
Kassir vakansiyaları
Kassir vakansiyaları
12 İyul 2021
Elan tarixi
11 Avqust 2021
Bitmə tarixi
3255
Baxılıb
İş məlumatları
Sumqayıt
Şəhər
Kassir
Vəzifə
1 ildən 3 ilə qədər
İş stajı
Tam-ştat
İş rejimi
Maliyyə
Sahə
Bank xidməti
Kateqoriya
İş barədə məlumat
“Bank Respublika” ASC “Sumqayıt” filialına “Kassir” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
• Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
• Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
• Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 iyul 2021-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Sumqayıt filialı – Kassir şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
NamİZƏDƏ TƏLƏBLƏR
• Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
• Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
• Yüksək ünsiyyət bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
Əməliyyatçı
İdeal Kredit
Bank sistemlərinin idarə edilməsi şöbəsinin mütəxəssisi
Xalq Bank
Komplayens risklərinin monitorinqi şöbəsinə təcrübəçi
Kapital Bank
Arxiv işi üzrə mütəxəssis
ABB
QA (Quality Assurance) üzrə Mütəxəssis
ABB
İT Auditor
ABB
Valyuta əməliyyatlarına nəzarət şöbəsinin mütəxəssisi
Xalq Bank
Komplayens departamentinin Komplayens risklərinin monitorinqi şöbəsinə təcrübəçi
Kapital Bank
Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi
Kapital Bank
Müştəri bələdçisi - Bakı (VIP)
ABB
Kiçik və orta biznes müştərilərlə iş şöbəsinin mütəxəssisi
ABB
Ekvayrinq biznesinə dəstək şöbəsi üzrə mütəxəssis
ABB
Filial müdiri
GL ASC
Qeydiyyatçı
Lombard (kredit təskilatı)
Qeydiyyatçı
Lombard (kredit təskilatı)
Müştəri bələdçisi - Gəncə
ABB
Elan № 6010
Kassir vakansiyaları
Kassir vakansiyaları
12 İyul 2021
Elan tarixi
11 Avqust 2021
Bitmə tarixi
3255
Baxılıb