Vakansiya haqqında
Şirkət: “ADY Ekspress” MMC
Vəzifə: Kargüzar
İş yeri: Bakı şəh., Xətai Biznes Mərkəzi
Öhdəliklər:
• Şirkətə daxil olan sənədləri qəbul etmək, qeydə almaq, rəhbərliyin dərkanarına təqdim etmək və dərkanara müvafiq surətdə aidiyyati üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
• Xidməti sənədlərin mühafizəsini təmin etmək;
• Şirkətin daxili sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirmək;
• Sənədlərin arxivləşdirilməsini təmin etmək;
• Müqavilələrin, məktubların və sənədlərin qeydiyyatını aparmaq;
• Xaric olan məktubları müvafiq qaydada qeydiyyata almaq, göndərilməsini təşkil etmək;
• Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.
• Ali təhsil (humanitar sahəni bitirənlərə üstünlük verilir);
• Azərbaycan dilində sərbəst danışıq və qrammatik cəhətdən düzgün yazma bacarığı;
• Microsoft Office proqram təminatından istifadə qabiliyyəti (xüsusilə Word);
• Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
• İş təcrübəsinin olması vacib deyil.
Xahiş olunur CV-lərinizi 20 Sentyabr 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Hellojob Kargüzar” qeyd etməklə HR@adyexpress.az adresinə göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!