Kadr işinin təşkili bölməsinin eksperti

Kadr işinin təşkili bölməsinin eksperti

Bank of Baku
  • Şəhər

    Bakı, Atatürk pr., 42

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    12 dekabr 2025

  • Bitmə tarixi

    12 yanvar 2026

Vəzifə funksiyaları
- Bankın əməkdaşlarının kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən məlumat bazasını yaradır;
- Əməkdaşların şəxsi işlərinin davamlı aparılmasında birbaşa rəhbərinə köməklik göstərir;
- Hər ilin əvvəlində işçilərin məzuniyyət cədvəlinin tərtib edilməsini təmin edir, işçilərin ərizələri əsasında məzuniyyət əmrlərini hazırlayır, aidiyyatı əməkdaşlara /struktur bölmələrə göndərir və il ərzində məzuniyyətlərin verilməsi uçotunun cədvələ əsasən aparılmasını həyata keçirir;
- Ezamiyyələrin rəsmiləşdirilməsi və qeydiyyatını həyata keçirir;
- Şənbə sərəncamları ilə bağlı qeydiyyatlar aparır, sərəncamda qeydlərin aparılması üçün departament/filiallara giriş imkanının verilməsini təmin edir;
- İş vaxtının qeydiyyat tabelinin hazırlanması və gündəlik aparılmasını həyata keçirir;
- İşçilərin sosial sığortasına aid lazımi sənədlərin hazırlanmasında birbaşa rəhbərinə köməklik göstərir;
- Yeni işə qəbul olunmuş işçilərin gündəlik qeydiyyatı üçün barmaq izlərinin götürülməsini, onlara giriş kodunun verilməsini həyat keçirir, işçilərin qeydiyyatla bağlı yaranan problemlərini aradan qaldırır;
- Birbaşa rəgbərinini göstərişi ilə banka aidiyyatı olan şəxslərin siyahısının hazırlanmasını və vaxtaşırı yenilənməsini həyata keçirir;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri və sahə rəhbərinin əmək müqaviləsi, departamentin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili korporativ aktların vəzifə öhdəliklərinə aid olan göstərişlərindən irəli gələn tapşırıq və sərəncamlarını qeyd-şərtsiz yerinə yetirir
Yumşaq bacarıqlar
  • Uyğunlaşma
  • Məsuliyyət
  • Nizam intizam
  • Detallara diqqət
  • Aktivlik (enerji, cəldlilik)
  • Stresin idarə edilməsi
  • Nəticəyə yönümlülük
  • Təşəbbüskarlıq
Texniki səriştəliklər
  • -Əmək qanunvericiliyini yüksək səviyyədə bilməli
  • -İnsan resursları sahələrində ali təhsil;
Digər şərtlər
- Personal işləri şöbəsinin eksperti bankda Kadr işləri ilə əlaqədar işləri yerinə yetirən zaman, bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Yüksək
  • Rus - Orta
  • İngilis - Orta
Kompüter biliyi
  • MS Office - Yüksək

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox