Vakansiya haqqında
Namizədə olan tələblər:
- Ümumi orta və orta-texniki təhsil
- Sahə üzrə iş təcrübəsi arzuolunandır.
- İşgüzar və məsuliyyətli olmalı
- Yaşayış yeri Ramana qəsəbəsinə yaxın olan namizədlərə üstünlük verilir.
Ümumi vəzifə öhdəlikləri:
- Fəaliyyət ardıcıllığını istehsalat rəhbəri və ya müvafiq rəhbər şəxslə razılaşdırmaq
- Məhsulun hissələrindəki qüsurları və ya dəzgahlardakı nasazlıqları aşkarlamaq üçün əməliyyatlara nəzarət etmək və ya müşahidə aparmaq
- Verilmiş materiallar arasında seçim etmək və iş əmrlərinə uyğun olaraq onları emal etmək
- Plan qeydlərini verilən kağızlarda aparmaq
- Qüsurların aşkar edilməsi məqsədilə hissələri yoxlamaq və maşınların işləmə dəqiqliyini müəyyən etmək üçün nəzarət-ölçü vasitələrindən istifadə etməklə qiymətləndirmə aparmaq
- İşlədiyi sahədə avadanlığın və ərazinin təmizliyinə riayət etmək
- Vəzifə üzrə struktur rəhbərinin verdiyi digər tapşırıqları icra etmək
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İstehsal operatoru” qeyd edərək CVlərinizi elektron ünvanına göndərməyiniz xahiş olunur.
Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!