Vakansiya haqqında
İşin təsviri
Bimpact Araşdırma və Konsaltinq şirkəti müxtəlif marketinq və sosial sorğu layihələrində iştirak edəcək Anketçi (Müsahibəçi) axtarır. Namizəd respondentlərlə üz-üzə ünsiyyət formatında müsahibə keçirəcək və məlumatları proqrama daxil edəcək. Sorğu prosesi mobil tətbiq vasitəsilə idarə olunur, əməkdaş yalnız sualları səsləndirir və cavabları proqrama daxil edir.
Vəzifə öhdəlikləri
-
Sorğuları respondentlərlə üzbəüz keçirmək
-
Sualları aydın və düzgün izah etmək, cavabları anketə qeyd etmək
-
Toplanmış məlumatların dəqiq, səlis və oxunaqlı olmasını təmin etmək
-
Respondentlərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq
-
Layihə müddətlərinə riayət etmək və anketləri vaxtında təqdim etmək
Namizədə tələblər
-
20 – 50 yaş aralığı
-
Minimum orta təhsil
-
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
-
İnsanlarla işləməyi sevən, aktiv və məsuliyyətli
-
İşə ciddi yanaşan, sözündə və davranışında etibarlı
Şirkətin təklif etdiyi üstünlüklər
- Rəqabətli işəmuzd əmək haqqı (gündə 4-5 saat işləməklə 40-50 AZN qazana bilərsiniz)
- İstəyə bağlı vaxtaşırı əmək haqqını ala bilmə imkanı
- Sərbəst iş qrafiki
- Araşdırma sahəsində praktiki təcrübə qazanılması
- Fərqli insanlarla ünsiyyət və sosial bacarıqların inkişafı
- Tələbələr üçün sertifikat
Müraciət
Whatsapp və ya E-mail üzərindən CV və ya özünüz haqqında qisa məlumat göndərərək müraciət edə bilərsiniz. Müraciətlər zəng vasitəsilə qəbul edilmir.
Mobil (Whatsapp): +99451 627 8240
Sabit xətt: +99412 464 84 03
Vebsayt: https://bimpact.az/
Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!