İnzibati idarəetmə departamentinin Nəqliyyat şöbəsinin sürücüsü

İnzibati idarəetmə departamentinin Nəqliyyat şöbəsinin sürücüsü

Kapital Bank
  • Şəhər

    Bakı, PBT2 (Port Baku Tower 2),

  • Kateqoriya

    Sürücü

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    12 yanvar 2026

  • Bitmə tarixi

    16 yanvar 2026

İnzibati idarəetmə departamentinin Nəqliyyat şöbəsinin sürücüsü

+ ' ' +
  • Yol qaydalarını, nəqliyyat vasitələrinin texniki parametrlərini bilməli, praktiki təcrübəyə malik olmalıdır;
  • Diqqətli, məsuliyyətli, təmkinli olmalıdır;
  • Vətəndaş qüsursuzluğuna malik olma;
  • Azı 5 il yük nəqliyyat vasitəsi üzrə ( mikroavtobus) sürücülük təcrübəsi olmalıdır;
  • B,C kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır;
  • Azərbaycan və Rus dillərini bilməlidir;
  • Nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməlidir.
+ ' ' +


+ ' ' +
  • İstifadə etdiyi nəqliyyat vasitəsinin təmiz, yararlı və saz vəziyyətdə saxlanmasına,vaxtı-vaxtında dövri texniki baxışdan keçirilməsinə cavabdehlik daşıyır;
  • Nəqliyyat vasitəsinin istifadəsində gərəkli sənədlərin (etibarnamə, yol vərəqi, yanacaq kartı, sığorta şəhadətnaməsi, qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi) müddəti bitməmiş, müvafiq orqan və idarələrdən və birbaşa rəhbərindən almalıdır;
  • Qeyd olunmuş sənədlərin hər hansı birində çatışmamazlıq varsa, və sürücü bu çatışmamazlıq barədə vaxtında tədbir görməyibsə, DYP və müxtəlif Dövlət orqanları ilə yaranmış mübahisələri özü həll etməlidir;
  • Bankın avtomobilinə kənar şəxsləri əyləşdirməməli, rəhbərinin məlumatı olmadan təyin olunmuş marşrutu dəyişməməlidir;
  • Ona etibar olunan sənəd və ya əşyaları lazım olan ünvana vaxtında və zədəsiz çatdırmalı, həmin sənəd və ya əşyaların məxfiliyini qoruyub saxlamalıdır;
  • Nəqliyyat vasitəsini idarə edərkən yol verdiyi qayda pozuntusuna görə DYP orqanları qarşısında özü cavabdehlik daşımalı, təyin olunmuş cərimələri vaxtında ödəməlidir;
  • Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə qanunvericilik, əmək müqaviləsi və bankdaxili korporativ aktlarla müəyyən olunmuş məsuliyyət daşıyır;
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) haqqında qanunvericiliyin və bankdaxili korporativ hüquqi aktların tələblərinin pozulmasına görə məsuliyyət daşıyır;
  • Öz statusundan, Bankın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edilməsinə yönəlmiş korrupsiya ilə əlaqədar hüquqpozma törətməyə görə qanunvericilik, əmək müqaviləsi və bankdaxili korporativ aktlarla müəyyən olunmuş məsuliyyət daşıyır.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox