Görəcəyiniz işlər:
- Valyuta, faiz və digər maliyyə risklərinin idarəsi məqsədilə müştərilərə uyğun hedcinq alətləri (forward, futures, options, swap və s.) üzrə həllərin hazırlanması və təqdim edilməsi;
- Korporativ və VIP müştərilər üçün fərdi investisiya məhsullarının (strukturlaşdırılmış notlar, AMC-lər, NDF-lər və s.) dizaynı, təqdimatı və satış prosesində iştirak;
- Mərkəzi Bankın tələblərinə uyğun olaraq bank və müştərilər üçün qiymətli kağızların alqı-satqısı, repo və əks-repo kimi əməliyyatların təşkili və icrası;
- İnvestisiya əməliyyatları üzrə bazar təhlillərinin aparılması, ticarət imkanlarının qiymətləndirilməsi və aidiyyəti üzrə hesabatların, təqdimatların hazırlanması;
- Departament üzrə qəbul edilmiş aidiyyəti qərarların, əmr və sərəncamların icrasını təmin etmək, Departamentin direktoru və onun müavininin, şöbə müdirinin göstəriş və tapşırıqlarını yerinə yetirmək;
- Limitlər çərçivəsində Bloomberg və digər platformalar vasitəsi ilə danışıqların aparılması və əqdlərin bağlanılması;
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsil;
- AR Mərkəzi Bankının investisiya xidmətləri üzrə ixtisas şəhadətnaməsi mütləqdir;
- Yaxşı səviyyədə Bloomberg və Reuters proqramları ilə işləmək bacarığı;
- CFA Level 1 və ya CFA Investment Foundations sertifikatları arzuolunandır;
- Səlis Azərbaycan, İngilis, Rus dillərini bilən;
- AMB-nin investisiya xidmətləri göstərilməsi üzrə ixtisas şəhadətnaməsinin olması arzuolunandır;
- Yaxşı səviyyədə MS Office proqramları biliyi olan;
- Problem həll etmə bacarığı olan;
- Komandada işləmə bacarığı olan;
- İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!