Vakansiya haqqında
Təcrübəçi axtarılır.
Hüquq, insan resursları və sosialogiya sahəsində təhsil almış və ya bu sahələrdə təcrübəsi olan şəxslər müraciət edə bilər. Uyğun namizədlərin peşə standartlarının hazırlanması və ixtisas göstəricilərinin müəyyənləşdirilməsi üzrə layihəyə cəlb olunması planlaşdırılır.
Namizədlərə dair tələblər:
• Ali təhsil
• Dil bilikləri: Azərbaycan, İngilis və akademik Türk dili
• İT bacarıqları: Word, Excel, PowerPoint
• Yerli və beynəlxalq mənbələrdən istifadə, sərbəst araşdırma aparmaq bacarığı və güclü analitik düşüncə
• Kommunikasiya qurmaq və komanda ilə işləmək bacarığı
Marağı olan namizədlər CV-lərini “Peşə standartlarının hazırlanması” başlığı altında hr@ekvita.com email ünvanına göndərə bilər.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!