HR / İnsan resursları Mütəxəssisi

HR / İnsan resursları Mütəxəssisi

EGE Beynəlxalq Təhsil Şirkəti
  • Şəhər

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    25 sentyabr 2026

  • Bitmə tarixi

    25 oktyabr 2026

  • Telefon Nömrə göstər

HR MÜTƏXƏSSİSİ

İş yeri: EGE BEYNƏLXALQ TƏHSİL ŞİRKƏTİ
Konum: Bakı , N.Nərimanov
İş rejimi: Tam iş günü
Sahə: Təhsil ,Təlim , Karyera

Təhsil, təlim və inkişaf sahəsində fəaliyyət göstərən komandamıza HR Mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri

- İşə qəbul prosesinin tam şəkildə idarə edilməsi;
- Vakansiyaların hazırlanması, namizədlərin axtarışı və ilkin müsahibələrin keçirilməsi;
- Yeni əməkdaşların adaptasiya və onboarding prosesinin təşkili;
- Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və KPI sisteminin tətbiqinə dəstək;
- Təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və L&D proseslərinin təşkili;
- Əməkdaş məmnuniyyətinin və daxili kommunikasiyanın inkişaf etdirilməsi;
- Komanda daxilində yaranan problemlərin və konfliktlərin idarə olunması;
- HR proseslərinin sistemləşdirilməsi və sənədləşdirilməsi;
- Əməkdaşların davamiyyət, performans və inkişaf göstəricilərinin izlənilməsi;
- Rəhbərliyə HR üzrə hesabatların hazırlanması;
- Şirkətin daxili qaydalarının formalaşdırılması və tətbiqinə nəzarət;
- Əmək Məcəlləsinə uyğun HR proseslərinin həyata keçirilməsində iştirak.

Namizədə dair tələblər

Təhsil:

- Ali təhsil;
- İnsan Resurslarının İdarə Edilməsi, İdarəetmə, Psixologiya və ya Pedaqogika sahəsində təhsil olması üstünlükdür.

Təcrübə:

- HR sahəsində minimum 2–3 il iş təcrübəsi;
- Təhsil, kurs və ya təlim mərkəzində HR təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Peşəkar biliklər:

- İşə qəbul və Recruitment metodologiyalarını yaxşı bilmək;
- Təlim və İnkişaf (L&D) proseslərini bilmək;
- Əmək Məcəlləsinin əsaslarına bələd olmaq;
- KPI və performans qiymətləndirmə sistemləri haqqında anlayış;
- HR proseslərinin qurulması və sistemləşdirilməsi üzrə bilik.

Bacarıqlar:

- Yüksək ünsiyyət və interpersonal bacarıqlar;
- Güclü təşkilatçılıq və koordinasiya qabiliyyəti;
- Müsahibə aparmaq və namizədləri düzgün qiymətləndirmək bacarığı;
- Təlim təşkil etmək və fasilitasiya bacarığı;
- Problem həll etmə və konfliktlərin idarə olunması bacarığı;
- Analitik düşüncə və qərarvermə qabiliyyəti;
- Eyni anda bir neçə prosesi idarə edə bilmək;
- Komanda ilə effektiv işləmək və rəhbərliklə düzgün kommunikasiya qurmaq.

Biz nə təklif edirik?

- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Təhsil və insan inkişafı sahəsində fəaliyyət göstərən dinamik komanda;
- Karyera və peşəkar inkişaf imkanları;
- Stabil iş şəraiti;
- Əməkhaqqı və bonus sistemi namizədin təcrübəsinə uyğun müəyyən edilir.

Əgər HR sahəsində yalnız işə qəbul deyil, həm də komandanın inkişafı, sistemlərin qurulması və insan resurslarının effektiv idarə olunması istiqamətində real nəticələr yaratmaq istəyirsinizsə, CV-nizi 0707667775 nömrəsının whatsapına göndərın

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox