Vaxtı bitib

İnsan resursları üzrə mütəxəssis

  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Bitmə tarixi 04 iyul 2020
Diqqət!

Bu elanın vaxtı bitib. HR / İnsan resursları Mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

HR / İnsan resursları Mütəxəssisi üzrə əməkdaş axtarırsınız?

Hazırda 1 237 aktiv namizəd HR / İnsan resursları Mütəxəssisi vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Gündəlik insan resurslarının fəaliyyətinə dair əməliyyatların həyata keçirilməsi, Agentliyin strukturuna və daxili siyasətinə uyğun daxili prosedurların yazılması;
• İşçilərarası münasibətlərin tənzimlənməsi, yaranmış problemlərin öyrənilməsi və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
• Agentliyin əməkdaşlarının təlim ehtiyacının müəyyənləşdirilməsi, təlim mərkəzləri ilə əlaqələrin qurulması və əməkdaşların təlimə cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
• Təlim ehtiyaclarına əsasən ölkədaxili və beynəlxalq mərkəzlərin araşdırılması və təkliflərin hazırlanması;
• İşçi ehtiyacının qarşılanması məqsədilə müxtəlif istiqamətlər üzrə elanların verilməsi, müraciətlərin qəbul və analiz edilməsi, namizədlərlə müsahibələrin həyata keçirilməsi;
• İşçilərin qiymətləndirilməsi və mükafatlandırılmasına dair mexanizmlərin hazırlanması, araşdırmaların aparılması, sorğuların keçirilməsi və sistemlərin tətbiq edilməsi;
• Əməyin mühafizəsi üzrə qanunvericiliyə uyğun tələblərin yerinə yetirilməsi və tədbirlərin görülməsi;
• Qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş yerlərinin və işçilərin attestasiyasının keçirilməsi;
• Agentlikdə korporativ tədbirlərin təşkil olunmasına dair təkliflərin verilməsi və tədbirlərin təşkil edilməsi;

TƏLƏBLƏR:

• Ali təhsil (Beynəlxalq münasibətlər, hüquqşünaslıq, politologiya, psixologiya, biznesin idarəedilməsi ixtisas istiqamətləri üzrə ali təhsil arzuolunandır);
• Yaş həddi 25-40 aralığı;
• Müvafiq sahə üzrə azı 3 il iş stajı.

BACARIQLAR:

• Azərbaycan dilində səlis qrammatik yazı, danışıq və kommunikasiya bacarığı.
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;
• İnsan resurslarına dair ERP sistemlərdə işləmə bacarığı;
• 1C proqramı üzrə təcrübəsinin olması arzuolunandır;
• Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək bacarığı;
• Yüksək səviyyədə təşkilatçılıq, planlaşdırma, təhlil və idarəçilik bacarığı.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 10 iyun 2020-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (HR MÜTƏXƏSSİS) qeyd edin.

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək İnsan resursları üzrə mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

11

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ