İnsan resursları üzrə mütəxəssis

İnsan resursları üzrə mütəxəssis

ATEF Şirkətlər Qrupu
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Heyətin idarəolunması

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    24 mart 2021

  • Bitmə tarixi

    23 aprel 2021

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. HR / İnsan resursları Mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcəkdir.

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
• Məzuniyyət qrafiklərinin, işə qəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
• Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
• İşçilərin icbari sığortasının həyata keçirilməsi;
• Zavodlar üzrə iş vaxtının uçotuna nəzarət etmək və tabellərin hazırlanmasını təmin etmək;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İşçilərin davamiyyət uçotunun aparılması;
• İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
• İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;

Namizədə tələblər:

• Cinsi: Kişi
• Yaş: 25-35
• Təhsili : Ali
• Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
• Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• Elektron hökümət portalında sərbəst istifadə bacarığı
• MS Office proqramlarında sərbəst istifadə bacarığı
• Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;
• İnnovativlik və yaradıcılıq bacarığı;
• Vaxtın səmərəli idarə olunması bacarığı;
• İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan resursları üzrə mütəxəssis” Mövzu bölməsində göstərin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox