Vakansiya haqqında
Təsvir
Kurasiyasında olan struktur rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi, insan resursları ehtiyaclarının müəyyən edilməsi və həll yollarının təklif edilməsi;
Yerli əmək bazar şərtlərinin araşdırılması;
Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesində iştirak edilməsi;
Vakansiyalar, işə qəbul, yerdəyişmə və sınaq müddəti üzrə analitik hesabatların hazırlanması;
Yeni əməkdaşların adaptasiya prosesinin təşkil edilməsi və izlənilməsi;
Yeni əməkdaşın sınaq müddətinin izlənilməsi, sınaq müddəti rəylərinin toplanılması və tərəflər ilə kommunikasiyanın aparılması;
Əməkdaşlar arasında effektiv daxili kommunikasiya mühitinin formalaşdırılması məqsədilə tədbirlərin təşkili;
Kurasiyası üzrə əməkdaşların performans, davranış və intizam məsələlərində rəhbərlərə dəstəyin göstərilməsi;
Kurasiyası üzrə bankdaxili yerdəyişmələrlə bağlı görüşlərin təşkil edilməsi və keçirilməsi.
Tələblər
Ali təhsil;
İşə qəbul sahəsində minimum 3 il iş təcrübəsi; bank və ya maliyyə sektorunda iş təcrübəsinin olması üstünlükdür;
Namizədlərin axtarış sistemlərindən istifadə, proqram təminatı və namizəd məlumat bazaları ilə işləmə bacarığı;
Yüksək kommunikasiya bacarığı, effektiv danışıqlar və işgüzar əlaqələri qura bilmə bacarığı;
Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus və İngilis dilləri üzrə yüksək səviyyədə bilik.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!