Vakansiya haqqında
1. SOCAR-a məxsus dənizdəki neft platformalarında tikinti-təmir işlərinə rəhbərlik edilməsi;
2. Qartal Tikinti Firmasının quruda tikdiyi obyektlərdə tikinti-quraşdırma işlərinə rəhbərlik etmək;
3. Layihələrin qiymətləndirilməsini həyata keçirib Sifarişçiyə təklif vermək üçün hazırlamaq;
4. Təhvil-təslim aktlarını (Forma 2, Forma 3) tərtib edib Sifarişçinin imzalaması üçün hazırlamaq;
5. Rəhbərlik etdiyi layihəyə cəlb olunmuş montajçılara, fəhlələrin işlərinin təşkili və keyfiyyətə nəzarətin həyata keçirilməsi;
6. Gündəlik Raportların elektron formatda baş ofisə göndərilməsi;
İşçi üçün yaradılan şərait
1. İlkin əmək haqqı olaraq 600-1000 manat vergilər daxil olmadan nəzərdə tutulur;
2. Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir;
3. İş yerinə daşınma və geri qayıtma firmanın nəqliyyat vasitəsilə həyata keçirilir;
4. Sahə rəisi təyin olunarsa ona xidməti avtomobil özünün idarə etməsi şərti ilə təhkim edilir;
Maraqlananların aşağıdakı email ünvanına CV-lərini göndərmələri tələb olunur: info@qartal.az
Yalnız CV göndərildikdən sonra sizinlə müvafiq danışıqlar aparıla bilər. Xahiş edirik, CV-lərinizdə iddia etdiyiniz əmək haqqını göstərin.
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Namizədə tələblər:1. Müvafiq ixtisasa uyğun ali təhsil müəssisəsini bitirmiş olmalı;
2. Tikinti layihələrinə rəhbərlik üzrə müvafiq iş təcrübəsinə malik olmalı;
3. Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
4. Kompüter biliklərinə word, excel, autocad və s. malik olmalıdır;
5. İngilis dili bilməsinə üstünlük veriləcək;
6. Avtomobil idarə etməsi üçün sürücülük vəsiqəsinin olması uyğundur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!