İcraçı köməkçi

İcraçı köməkçi

PASHA Malls
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    31 yanvar 2025

  • Bitmə tarixi

    07 mart 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Köməkçi vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Daxili və kənar görüşlər üçün brifinq materiallarını təşkil və təmin etmək.
  • Gündəlik proqramları hazırlamaq, qeydlər aparmaq, iclas protokollarını və fəaliyyət qeydlərini paylaşmaq.
  • Tələb olunduqda Direktor adından iclaslarda iştirak etmək.
  • Direktor üçün daxil olan zəngləri, e-poçtları və mesajları idarə etmək və nəzərdən keçirmək.
  • Direktor adından rəsmi yazışmaların hazırlanması və təqdim edilməsi.
  • Mühüm məsələləri qeyd edərək Direktorun e-poçt qutusunu idarə etmək və prioritetləşdirmək.
  • Direktorun iş qrafikinin optimallaşdırılmasını planlaşdırmaq, koordinasiya etmək və ona əməl olunmasını təmin etmək.
  • İşgüzar görüşlər üçün görüşləri, səyahətləri və logistikanı təşkili; Vizaların rəsmiləşdirilməsi, otel sifarişləri və digər logistika daxil olmaqla, işgüzar səfərləri planlaşdırmaq və kordinasiya etmək.
  • Direktorun imzası və nəzərinə çatdırmazdan əvvəl sənədləri nəzərdən keçirmək və onları yoxlamaq.
  • Bütün təbəqə qonaqlarını qarşılamaq və salamlamaq.
  • Bütün sənədlərin dəqiq, tam və düzgün təşkil olunduğundan əmin olmaq.
  • Direktordan gələn tapşırıq və göstərişləri müvafiq işçilərə çatdırmaq.
  • Verilən tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək və onlara nəzarət etmək.
  • Rəhbər və daxili/xarici maraqlı tərəflər arasında əlaqə rolunu oynamaq, onlarla rahat ünsiyyət qurmaq və davam etməsini təmin etmək.
  • Həssas və məxfi məlumatları maksimum peşəkarlıqla idarə etmək.

 

Tələblər:

  • Biznesin idarə edilməsi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi.
  • Mükəmməl planlaşdırma və təfərrüatlara güclü diqqət yetirməklə təşkilatçılıq bacarıqları və güclü inzibati bacarıqlar.
  • Oxşar vəzifədə iş təcrübəsi.
  • Azərbaycan və ingilis dillərində sərbəst işləmə bacarığı
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, maraqlı tərəflərlə, o cümlədən daxili və xarici tərəfdaşlarla əlaqələr qurmaq bacarığı.
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Power Point)
  • Təqdimat bacarıqları və PowerPoint proqramında təqdimatların hazırlanmasında təcrübə.
  • Məxfi və yaxud yüksək həssas məsələlərin həlli ilə bağlı çox güclü şəxsiyyətlərarası bacarıqlar və yaxşı mühakimə, mülahizə və diplomatiya və yüksək səviyyəli şəxsi dürüstlük.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #858539

  • 3162

Oxşar vakansiyalardan bildiriş al

İcraçı köməkçi vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox