- Qüvvədə olan hüquqi aktlar və bu aktlara edilən dəyişikliklərlə aidiyyəti strukturları tanış edir;
 
	- Bankın Strateji planı əsasında hazırlanmış tədbirlər planına uyğun verilən tapşırıqları icra edir;
 
	- Bankın inzibati-təsərrüfat məsələləri, işçi heyəti və ümumi fəaliyyəti üzrə sərəncamverici sənədlərin (əmr, qərar, sərəncam) standart formalarının hazırlanmasında iştirak edir;
 
	- Zərurət yarandığı təqdirdə dövlət idarəetmə, nəzarət, məhkəmə və notariat orqanlarında Bankı təmsil edir, bununla bağlı zəruri sənədləri hazırlayır;
 
	- İdarəetmə orqanlarının iclaslarının çağırılması, keçirilməsi və iclasların nəticələrinə dair protokolların, o cümlədən protokoldan çıxarışların hazırlanmasında iştirak edir;
 
	- Bankın fəaliyyəti ilə əlaqədar sənədlərin tərcüməsi, notariat qaydasında təsdiq edilməsi və leqallaşdırılması prosesində iştirak edir;
 
	- Banka təklif olunan əqdlər üzrə kontragentlərdən daxil olan müqavilələrin hüquqi ekspertizasını aparır;
 
	- Dövlət idarəetmə və nəzarət orqanlarına ünvanlanan məktubların layihələrini hazırlayır;
 
	- Bankın fəaliyyəti ilə bağlı zəruri olan vəkalətnamələrin (etibarnamələrin) hazırlanması və elektron imzaların alınmasını həyata keçirir.
 
Namizədə tələblər:
	- Bank və ya bank olmayan kredit təşkilatında hüquq sahəsində 1il iş təcrübəsi;
 
	- Mülki və Bank qanunvericiliyi sahəsində biliklər;
 
	- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
 
	- Analitik təhlil və detallara fikir vermək qabiliyyəti;
 
	- Nizam-intizam və məsuliyyətlilik;
 
	- MS Office proqramlarında (MS Word, MS Excel) işləmək bacarığı.  
 
                                                        Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!