L

Hüquqşünas

Logistik şirkət

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Hüquqşünas vakansiyaları üçün bura daxil olun.

Elan № 5922

Hüquqşünas vakansiyaları

Hüquqşünas vakansiyaları

12 İyun 2021

Elan tarixi

12 İyul 2021

Bitmə tarixi

1100

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Hüquqşünas

Vəzifə

Tam-ştat

İş rejimi

Hüquq

Sahə

Hüquqşünas

Kateqoriya

İş barədə məlumat

Vakansiya: Hüquqşünas

Ünvan: Bakı şəhəri
Müraciət üçün son tarix: 30 İyun 2021-ci il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (Hüquqşünas) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək hrlogisticsaz@gmail.com göndərin.

Hörmətli iş axtaran yoldaş, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəzifənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

VƏZİFƏLƏRİ:

- Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
- Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
- Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
- Texniki vasitələrdən istifadə etməklə qüvvədə olan qanunvericilik və başqa normativ aktlar, onlara əlavələr və dəyişikliklər və ya onların ləğv olunması haqqında məlumatları müfaviq bölmələrə çatdırmaq;
- Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
- Müəssisənin adından bağlanılan bütün əqdləri hüquqi ekspertizadan keçirmək və qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdləri (müqаvilələri) vizа ilə təsdiq etmək və yа onlara dair yаzılı rəy vеrmək, həmçinin qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin bağlanılmaması barədə rəhbərlik qarşısında məsələ qaldırmaq və bunun səbəblərini аçıqlаyаn yаzılı rəy vеrmək;
- Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
- Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
- Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.

NamİZƏDƏ TƏLƏBLƏR

- Təhsil dərəcəsi: Bakalavr

- Hüquq sahəsi, hüquqşünas

- Təcrübə: Ümumi ən az 5 il , sahə üzrə ən az 3 il,

- Məsuliyyətlilik

- Ünsiyyət qurmaq bacarığı

- Etibarlılıq

- Detallara fikir vermək qabiliyyəti

- Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı səviyyədə bilmək

- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

OXŞar vakansİYALAR

Korporativ hüquqşünas

Korporativ hüquqşünas

Azəriş LTD

30 Mar 8539
Hüquqşünas (İcra işləri üzrə)

Hüquqşünas (İcra işləri üzrə)

Ferrum Capital QSC

11 Mar 15874
Hüquqşünas vəzifəsi üçün digər vakansiyaları və daha ətraflı məlumatı aşağıdakı səhifələrdən əldə edə bilərsiniz.

Hüquqşünas nədir?

Hüquqşünas maaşları

Elan № 5922

Hüquqşünas vakansiyaları

Hüquqşünas vakansiyaları

12 İyun 2021

Elan tarixi

12 İyul 2021

Bitmə tarixi

1100

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"