“Grow lab” layihəsi üzrə təcrübə proqramı

“Grow lab” layihəsi üzrə təcrübə proqramı

Ferrum Capital QSC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. “Grow lab” layihəsi üzrə təcrübə proqramı vakansiyaları üçün bura daxil olun.

Elan № 7156

“Grow lab” layihəsi üzrə təcrübə proqramı vakansiyaları

“Grow lab” layihəsi üzrə təcrübə proqramı vakansiyaları

05 Oktyabr 2021

Elan tarixi

04 Noyabr 2021

Bitmə tarixi

3372

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Təcrübəçi

Vəzifə

Tam-ştat

İş rejimi

Müxtəlif

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

“Grow lab” layihəsi üzrə təcrübə proqramı


Təcrübə proqramı barədə məlumat

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital QSC “Grow lab” layihəsi üzrə təcrübə proqramı elan edir. Layihənin məqsədi ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrin araşdırma və biznes proseslərinin qurulması sahəsində yaxından iştirak edərək təcrübə qazanmasına və  karyerasına ilk addımı atmasına dəstək verməkdir. Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.


Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.


Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

Müxtəlif biznes layihələrinin hazırlanması və yeni məhsulların yaradılması ilə bağlı müxtəlif dillərdə araşdırılma edilməsi və təqdimat hazırlanması

Biznes proseslərinin təkmilləşdirilməsi və biznesin inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edilməsi

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Grow lab” qeyd etməklə hr@ferrumcapitalaz e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

NamİZƏDƏ TƏLƏBLƏR

  • Təcrübə proqramına kimlər müraciət edə bilər?

IV kurs tələbələri və yeni məzunlar

Magistr tələbələri

Namizəddə hansı özəllikləri axtarırıq?

  • Ali təhsil
  • Qəbul imtahanında 600-dən yüksək bal toplamaq
  • İngilis, rus, türk dillərindən ən azı birini mükəmməl səviyyədə bilmək
  • Yüksək səviyyədə riyazi biliklər
  • Araşdırma və problem həlletmə qabiliyyəti
  • Məsələlərə analitik yanaşma


    Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!


    Daha çox Digər vakansiyaları isbu.az-da - Axtardığın işbu!

    Elan № 7156

    “Grow lab” layihəsi üzrə təcrübə proqramı vakansiyaları

    “Grow lab” layihəsi üzrə təcrübə proqramı vakansiyaları

    05 Oktyabr 2021

    Elan tarixi

    04 Noyabr 2021

    Bitmə tarixi

    3372

    Baxılıb

    Укажите причину жалобы на вакансию "Курьер"