Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi

Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi

FINCA Azerbaijan LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Katibə / Resepşn

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    11 noyabr 2020

  • Bitmə tarixi

    11 dekabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Zəng mərkəzi mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

ƏSAS ÖHDƏLİKLƏR

• Gecikmələr üzrə Çağrı Mərkəzi Təlimatına əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan kreditlərə görə telefon zəngləri etmək;
• Hansı addımların atılmalı olduğunu qərarlaşdırmaq və səmərəli danışıq üsulu seçmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
• Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq;
• Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri Şirkət qarşısında öhdəliklərini yerinə yetirməyə inandırmaqla geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq;
• Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək;
• Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıclllığını müəyyənləşdirmək;
• Hesabatların yaradılması məqsədilə gecikmələr üzrə proqram təminatında gecikmələrə dair bütün zəruri məlumatları izləmək;
• Əməliyyatlar Departamentini dəstəkləmək üçün zəruri olan digər təyin edilmiş tapşırıq və vəzifələri icra etmək.


Namizədə tələblər:

• Ali təhsilli (və ya sonuncu kurs tələbəsi);
• Azərbaycan dilini səlis bilməli, Rus dilini isə danışıq səviyyəsində bilmək üstünIük kimi qəbul edilir;
• MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı;
• Müştəri xidmətləri, Xidmət sahələri üzrə təlim Kursu sertifikatı olanlara üstünIük verilir;
• Müştəri xidmətləri sahəsində, xüsusən də ön ofisdə və maliyyə/bank sektorunda 1 illik iş təcrübəsi olanlara üstünIük verilir;
• Şirkətin kreditvermə Siyasəti və Prosedurları üzrə biliyə malik olmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İşgüzarlıq və aktivlik.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 23 noyabr 2020-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox