Filial müdirinin müavini

Filial müdirinin müavini

Azər-Türk Bank ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    02 noyabr 2023

  • Bitmə tarixi

    02 dekabr 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Filial meneceri vakansiyaları üçün bura keçid edin!

“Azər-Türk Bank” ASC Filial müdirinin müavini (Kiçik və Orta Biznes kreditləri üzrə)vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

• Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketləri hazırlamaq və ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək;

• Bankın yeni məhsul və xidmətləri barədə mövcud kiçik və orta biznes seqmentinə aid müştəriləri məlumatlandırmaq;

• Aylıq satış planlarının icrasının təmin edilməsi məqsədi ilə tabeliyindəki əməkdaşlara istiqamət vermək;

• Filialda KOB subyektlərinə kreditlərin verilməsi üçün ilkin qərarlarda iştirak etmək;

• Satış üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak etmək;

• Mərkəzi Bank və dövlət qurumları tərəfindən daxil olan və digər aidiyyatı sorğuları koordinasiya etmək;

• Satışın təşkili bölməsinin rəhbəri və filial müdiri tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.

Namizədə tələblər:

• Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);

• Vəzifəyə uyğun olaraq müvafiq sahədə 5 il iş təcrübəsi (minimum 2 il idarəetmə təcrübəsi);

• Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;

• MS Office proqramlarından istifadə etmə bacarığı;

• Müştərilərlə yüksək ünsiyyət qurma və idarəetmə bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #851610

  • 9580

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox