Vakansiya haqqında
Faktorinq üzrə kiçik mütəxəssis nə iş görür?
- Müraciət etmiş müştərilərin faktorinq şərtləri barədə məlumatlandırılması
- Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi və sistemə daxil edilməsi
- Müştərilərin ödəmə qabiliyyətinin təhlil edilməsi
- Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
- Portfelə nəzarət və gündəlik ödəmələrin təqib edilməsi
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
- 21-35 yaş aralığı
- Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
- Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
- Ofis proqramları (Word, Excel, Outlook) üzrə biliklər
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!