Vaxtı bitib

Əmtəəşünas

15 yanvar 2021 3 511 baxış

  • Maaş 500 AZN
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Təcrübə 5 ildən yüksək
  • Yaş 30–50
  • Bitmə tarixi 14 fevral 2021
  • Ünvan Biləsuvar
Diqqət!

Bu elanın vaxtı bitib. Əmtəəşünas vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Əmtəəşünas üzrə əməkdaş axtarırsınız?

Hər gün yüzlərlə namizəd saytımızda bu vəzifə üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

“Azərpambıq ASK” MMC Ağdam Pambıq İstehsalı və Tədarükü məntəqəsi filialına Əmtəəşünas vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

- Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir. Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, avadanlıq, enerji, yanacaq materiallar, xammal fondunun qəbul olunması və işlənilməsinə nəzarət edir.
- Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir. Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir. Müəssisə, idarə və təşkilatlarda texniki material təminatı, məhsulun satılması, məhsulun keyfiyyətinə nəzarət, xammalın, materialın, yanacağın, enerjinin, avadanlığın və hazır məhsulun nəql edilməsi üzrə standartların işlənib hazırlanması və tətbiqində iştirak edir.
- Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır. İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür. Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir.
- Xam pambığın avtomobil tərəzisində fermerin iştirakı ilə çəkilib müəyyən edilərək sənədləşməsini yerinə yetirir. Çəkilmiş xam pambıq uyğun olduğu tayaya yığılmaq üçün məntəqənin ərazisinə göndərilir və boşaldılarkən xam-pambığın keyfiyyətində müxtəliflik müəyyən edilərsə yenidən nümunələr götürülüb analiz aparılır. Boşaldılmadan sonra taya çəkisi müəyyən edilərək gətirilmiş xam pambığın fiziki çəkisi müəyyən edilir. Bundan sonra növ, zibillik və nəmliyə görə təhvil verilmiş xam pambığın kondisiya çəkisi müəyyən edilib sənədləşdirilir.

Namizədə tələblər:

• Təhsil dərəcəsi: Müvafiq sahədə ali təhsil

• Kompüter bilikləri:MC Office

• Dil bilikləri: Azərbaycan dili -əla

• Təcrübə: Müvafiq sahədə minimum 5 il

• Yaş həddi: 30-50

Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına mövzu yerinə “Əmtəəşünas (Ağdam PİTM)” qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Yalnız Biləsuvar üzrə namizədlərdən müraciət etmələri xahiş olunur


Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Əmtəəşünas vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

7

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ