Əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Azər-Türk Bank ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    02 noyabr 2023

  • Bitmə tarixi

    02 dekabr 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Əməliyyatlar üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

“Azər-Türk Bank” ASC Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

• Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumat vermək;

• Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;

• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştərilərin hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;

• Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;

• Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;

• Bölmənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.

Namizədə tələblər:

• Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);

• Vəzifəyə uyğun olaraq müvafiq sahədə 1-3 il təcrübə;

• Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;

• MS Office proqramlarında işləmək bacarığı;

• Müştərilərlə yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox