Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin meneceri

Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin meneceri

Kapital Bank
  • Şəhər

    Bakı, Baş ofis,

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    05 dekabr 2025

  • Bitmə tarixi

    08 dekabr 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Əmək haqqı hesablanması üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Əmək münasibətlərinin sağlam və qanunvericiliyə uyğun şəkildə idarə olunmasını təmin etmək məqsədi ilə komandamıza Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin meneceri axtarırıq.

+ ' ' +


●      Ali təhsillisiniz;

●      Azərbaycan dili mükəmməl, İngilis dilini əla səviyyədə bilirsiniz. Rus dili biliyi üstünlükdür;

●      İnsan resursları, Əmək münasibətlərinin idarə edilməsi sahələri üzrə minimum 3 il iş təcrübəniz var;

●      İnsan resursları üzrə proseslərin avtomatlaşdırılması üzrə təcrübəniz var;

●      Əmək Məcəlləsini mükəmməl bilirsiniz;

●      Ünsiyyət qurmaq, komandada işləmək və yüksək icraçılıq bacarığınız var;

●      Təşəbbüskarlıq, çeviklik, diqqətlilik kimi xarakterik xüsusiyyətlərə sahibsiniz.


- İşə qəbul prosesi

 

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

 

●      CV yoxlanışı

●      Müsahibə



+ ' ' +


●      Biz müştərilərimizə dəyər veririk və onların ehtiyacları, vərdişləri və gözləntilərinə diqqət yetiririk.

●      Multikultural mühit: biz xarici həmkarlarımızın fikirləri və təcrübələrini qiymətləndiririk. Biz açıqlıq, inklüzivlik və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.

●      Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.

●      Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.

●      Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.

●      Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.

●      Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.

+ ' ' +

●      Əmək münasibətlərinin strategiyasını formalaşdırmaq, hüquqi riskləri minimuma endirən və işçi təcrübəsini gücləndirən sistemlər qurmaq;

●      Mövcud proseslərin analiz edilməsi və optimallaşdırılması ilə bağlı zəruri işlərin görülməsi;

●      Şöbəyə daxil olan sorğuların analiz edilməsi və bundan irəli gələn digital həllərin təmin edilməsi;

●      Müştəri ehtiyaclarına uyğun proseslərin təkmilləşdirilməsinin təmin edilməsi;

●      Qayda, prosedur, vəzifə təlimatı və digər əlaqəli sənədlərin hazırlanması;

●      Avtomatlaşdırılmış proseslər üzrə yoxlama mexanizmlərinin qurulması və tətbiq edilməsi;

●      Hesabatların hazırlanması, mütəmadi tələb olunan hesabatların vizuallaşdırma alətləri ilə vizuallaşdırılması;

●      Strukturlar üzrə illik ştat planının hazırlanması, yeni sorğuların analizi və rəyin verilməsi.


Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox