Dizayner köməkçisi / Junior Interior Designer

Dizayner köməkçisi / Junior Interior Designer

İlkin Aslanlı Design
  • Şəhər

    Bakı, Ceyhun Hacibeyli 85

  • Kateqoriya

    Memar / İnteryer dizaynı

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Təcrübəçi

  • Təhsil

    Vacib deyil

  • Yerləşmə tarixi

    17 iyun 2026

  • Bitmə tarixi

    27 iyul 2026

  • E-mail E-poçt göstər

İlkin Aslanlı Design komandamıza interyer dizayn sahəsində inkişaf etmək istəyən, məsuliyyətli və öyrənməyə açıq dizayner köməkçisi axtarırıq.

Bu vakansiya əsasən universiteti yeni bitirmiş və ya karyerasının başlanğıcında olan, real layihələrdə təcrübə qazanmaq istəyən namizədlər üçün uyğundur.

Əsas vəzifələr:

Namizəd gündəlik iş prosesində dizayn layihələrinin hazırlanmasında kömək edəcək, ölçü götürmə proseslərində iştirak edəcək, texniki çertyojlar və 3D vizualizasiyalar üzərində işləyəcək.

Tələblər:

  • AutoCAD proqramında işləmə bacarığı
  • 3ds Max və Corona Render bilikləri
  • Texniki çertyojların hazırlanması üzrə ilkin anlayış
  • Ölçü götürmə prosesində iştirak etməyə hazır olmaq
  • İnteryer dizayn sahəsinə maraq və inkişaf etmək istəyi
  • Revit bilikləri üstünlükdür
  • Dəqiq, məsuliyyətli və punktual olmaq
  • Tapşırıqları vaxtında və səliqəli şəkildə yerinə yetirmək
  • Komanda ilə işləmə bacarığı
  • Öyrənməyə açıq və təşəbbüskar olmaq

Biz nə təklif edirik:

  • Real interyer layihələrində praktiki təcrübə
  • Texniki çertyojlar, ölçü götürmə, material seçimi və vizualizasiya sahəsində inkişaf imkanı
  • Ofis şəraitində işləmək imkanı
  • Gələcəkdə peşəkar inkişaf və layihələrdə daha aktiv iştirak imkanı

Əmək haqqı başlanğıc səviyyəsinə uyğundur və müsahibə zamanı müzakirə olunacaq.

Müraciət üçün:

Maraqlanan namizədlər portfolio və CV-lərini mail adresinə göndərə bilərlər. 
info@ilkinaslanlidesign.com

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalardan bildiriş al

Dizayner köməkçisi / Junior Interior Designer vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox