Təsvir:
- Yerli qanunvericilik və beynəlxalq təcrübələrə uyğun daxili nəzarət siyasət və prosedurlarını hazırlamaq və tətbiq etmək.
- Maliyyə, əməliyyat və uyğunluq risklərini müəyyənləşdirmək və qiymətləndirmək, uyğun risk azaldıcı strategiyaları tövsiyə etmək.
- Daxili siyasətlərə, icarə müqavilələrinə, tədarükçü müqavilələrinə və tənzimləyici tələblərə riayət olunmasını nəzarətdə saxlamaq.
- Şübhəli əməliyyatlar, maliyyə uyğunsuzluqları və ya siyasət pozuntularını araşdırmaq, vaxtında düzəldici tədbirlərin görülməsini təmin etmək.
- Maliyyə, əməliyyat və uyğunluq risklərini qiymətləndirmək üçün aylıq, rüblük və illik audit planlarını hazırlamaq və icrasına nəzarət etmək.
- Proseslərin effektivliyini qiymətləndirmək üçün daxili auditləri müxtəlif şöbələrdə (Təchizat, Əməliyyatlar, HR, Maliyyə, Kommersiya və s.) həyata keçirmək.
- Borclar və alacaqlarla bağlı uyğunluğu və dəqiqliyi yoxlamaq üçün uzlaşma auditlərini təşkil etmək.
- Ticarət mərkəzlərində anbar auditlərinə rəhbərlik edərək, inventar idarəetmə qaydalarına uyğunluğu təmin etmək və fırıldaqçılıq, oğurluq və gizlədilmiş məhsulların varlığını yoxlamaq
- Nağd pul və maddi aktivlərin inventar auditlərini aparmaq, nəticələri yoxlamaq və lazımi sənədləşdirməni təmin etmək.
- Tapıntılar, risklər və proseslərin təkmilləşdirilməsi üçün həyata keçirilə bilən tövsiyələrlə ətraflı audit hesabatları hazırlamaq.
- Aşkarlanan problemlər barədə hesabatlar hazırlamaq, məsuliyyətləri təyin etmək və düzəldici tədbirlərin gedişatını izləmək.
- Uyğunluq və gələcək istinadlar üçün audit sənədlərini idarə etmək və saxlamaq.
- Daxili nəzarət hesabatlarını (aylıq, rüblük, illik) yüksək rəhbərliyə, o cümlədən baş icraçı direktora təqdim etmək.
- Daxili nəzarət və risk idarəetmə işlərini gücləndirmək üçün şöbə rəhbərləri ilə sıx əməkdaşlıq etmək.
- Qərarverməni təkmilləşdirmək və nəzarət mexanizmlərini gücləndirmək üçün araşdırmalar və məlumat təhlili aparmaq.
- Uyğunluq, fırıldaqçılığın qarşısının alınması və əməliyyat səmərəliliyi sahəsində komandalara təlimat vermək.
- Digər tapşırıqların icrası.
Tələblər:
- Maliyyə, Mühasibatlıq, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. (CISA, CIA və ya oxşar sertifikatlara sahib olma bir üstünlükdür).
- Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət işində ən azı 3-5 il iş təcrübəsi, xüsusilə pərakəndə satış və ya ticarət mərkəzlərinin idarə olunması sahələrində təcrübəyə malik olmaq bir üstünlükdür.
- Audit metodologiyaları və daxili nəzarət işləri üzrə güclü biliklər.
- Maliyyə təhlili, risk qiymətləndirilməsi və uyğunluq yoxlamaları üzrə bacarıqlar.
- Maliyyə uzlaşmaları, anbar yoxlamaları və fırıldaqçılığın aşkar edilməsi üzrə təcrübə.
- Mükəmməl problem həll etmə, analitik və araşdırma bacarıqları.
- Aşkar olunanları və müvafiq tövsiyələri yüksək rəhbərliyə effektiv şəkildə çatdırmaq bacarığı.
- Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları.
- Yerli qanunvericilik və sənaye üzrə ən yaxşı təcrübələr haqqında biliklər.
- Diqqətcil yanaşma və yüksək etik standartlar.
- Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı.
- Azərbaycan və İngilis dillərində sərbəst danışa bilmək.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!