Vakansiya haqqında
Remote Data Academy-də Data Science dərsləri üçün mentor-təcrübəçilər axtarılır.
Kimlər üçündür:
- Bakalavr və ya magistr pilləsində təhsil alan tələbələr
- Data Science sahəsi haqqında başlanğıc səviyyədə biliyi olan (Məsələn, bir müddət özü self-study etmiş olan və s.)
- Riyaziyyat və Statistikanı sevən, onun haqqında əsas baza bilikləri olan
- Python-un Data Science-la bağlı kitabxanaları haqqında ilkin bilgiləri olan
- Şəxsi kompüteri olan
- Həvəsli və məsuliyyətli
Nələr qazanacaqsınız:
- Remote Data Academy-nin Data Science dərslərinə ödənişsiz qoşulmaq və bu sahədə olan biliklərinizi inkişaf etdirib, möhkəmləndirmək
- Remote olaraq istədiyiniz yerdən işləmək imkanı
Əsas öhdəliklər:
- Həftədə 3 dəfə remote (online) formada keçirilən (hər biri 2 saat) Data Science dərslərinə qoşulmaq
- Dərslərdən sonra tələbələrin sualları olarsa, cavablamaq
- Ehtiyac olduqda əvvəlki dərsləri yenidən keçmək
- Tələbələrə ev tapşırıqlarında kömək etmək və yazdıqları cavabları yoxlayıb geridönüşlər etmək
Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!