Bakı
Digər
Razılaşma ilə
Tam-ştat
Ali
09 may 2025
08 iyun 2025
Pozisiya: User Retention Manager
Şöbə: Marketinq
Məkan: Uzaqdan
İş Vaxtı: Tam Ştatlı
İş Təsviri
Tez böyüyən brendimiz üçün Türkiyə bazarına hakim, müştəri tutundurma (retention) strategiyalarında təcrübəli və vizyon sahibi bir User Retention Manager axtarırıq. Bu rolda namizəd aktiv istifadəçilərin platformada qalmasını təmin etməli, istifadəçi davranışlarını təhlil edərək xüsusi strategiyalar hazırlamalı və sadiqliyi artırmaq üçün yeni kampaniya və proqramlar təşkil etməlidir.
Tələb Olunan Bacarıqlar
Türkiyə bazarında ən azı 4 il iş təcrübəsi
Marketinq və müştəri əlaqələri sahəsində güclü təcrübə
CRM sistemləri, seqmentasiya və istifadəçi davranış analitikası üzrə bilik
Strateji düşünmə, analitik yanaşma və detallara diqqət
Yaradıcı, iddialı və problem həll etməyə yönümlü
Komanda idarəçiliyi və şöbələrarası koordinasiya bacarığı
🛠 Vəzifə və Öhdəliklər
İstifadəçi seqmentlərinə uyğun e-poçt, SMS və push kampaniyaları hazırlamaq və həyata keçirmək
Sadiqlik proqramları, VIP klub idarəçiliyi, tapşırıq/tur sistemi və nişan (“rozet”) kimi oyunlaşdırma mexanizmləri yaratmaq
Həftəlik və aylıq istifadəçi təhlilləri apararaq platformanı tərk edən, passivləşən və riskli istifadəçiləri müəyyən etmək
Bonus, cashback və tapşırıq sistemləri ilə müştəri bağlılığını artırmaq
CRM alətləri və BI dashboard’ları vasitəsilə performans hesabatları hazırlamaq
Affiliate və sosial media komandaları ilə əməkdaşlıq edərək yeni qazanılan istifadəçilərin platformada qalmasını təmin etmək
Rəqabət təhlilləri apararaq sektor trendlərinə uyğun yeni tutundurma strategiyaları təklif etmək
Risk və Ödəniş komandaları ilə birgə işləyərək sui-istimalları önləyən, amma istifadəçi təcrübəsini pozmayan kampaniyalar hazırlamaq
VIP istifadəçilərlə birbaşa ünsiyyət quraraq xüsusi təkliflər və şəxsi dəstək təmin etmək
Bonus Bacarıqlar
Müxtəlif CRM alətləri üzrə təcrübə
Digitain və ya oxşar texniki infrastrukturlarla işləmə bacarığı
İngilis dilində effektiv ünsiyyət və hesabat hazırlama bacarığı
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.