Çağrı mərkəzi üzrə rəhbər

Çağrı mərkəzi üzrə rəhbər

GL ASC
  • Şəhər

    Bakı, Səməd Vurğun 60

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    11 sentyabr 2025

  • Bitmə tarixi

    11 oktyabr 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Bölmə rəhbəri vakansiyaları üçün bura keçid edin!

“GL” ASC (Sizin Lombard) Çağrı Mərkəzi üçün Rəhbər (Manager) vəzifəsinə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Çağrı Mərkəzinin gündəlik fəaliyyətinin effektiv və səmərəli idarə olunması;
  • Müştəri xidmətləri strategiyasının hazırlanması və həyata keçirilməsi, müştəri məmnuniyyətinin davamlı artırılması;
  • Çağrıların idarə olunması proseslərinin (daxil olan və çıxan zənglər, şikayətlərin cavablandırılması, sorğuların emalı və s.) təşkili və təkmilləşdirilməsi;
  • Komandanın idarə olunması, işçilərin inkişafı, motivasiyası və performansının qiymətləndirilməsi;
  • Əsas performans göstəricilərinin (KPI) müəyyənləşdirilməsi, izlənməsi və məqsədlərə nail olunmasına nəzarət;
  • Müştəri müraciətlərinin və şikayətlərinin analizi, təhlil əsasında inkişaf planlarının hazırlanması;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Çağrı Mərkəzi proseslərinin avtomatlaşdırılması, innovativ həllərin tətbiqi üçün təşəbbüslərin irəli sürülməsi;
  • Digər struktur bölmələrlə effektiv əməkdaşlığın təmin edilməsi.

Tələblər:

✔️ Müvafiq sahə üzrə azı 1-3 il rəhbər vəzifədə iş təcrübəsi (çağrı mərkəzi rəhbərliyi və ya müştəri xidməti idarəetməsi sahəsində təcrübə üstünlükdür);
✔️ Ali təhsil (biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat, menecment və ya digər uyğun ixtisaslar üzrə);
✔️ Güclü liderlik və komanda idarəetmə bacarığı;
✔️ Strateji düşüncə, qərarvermə və problem həll etmə bacarığı;
✔️ Yüksək kommunikasiya və təqdimat bacarıqları;
✔️ Müştəri yönümlü yanaşma və xidmət keyfiyyətinə xüsusi diqqət;
✔️ Analitik təhlil aparmaq və hesabatlar hazırlamaq bacarığı;
✔️ MS Office proqramları və çağrı mərkəzi proqram təminatları ilə işləmə bacarığı.

Təklif etdiklərimiz:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Dinamik və dəstəkləyici iş mühiti.

Maraqlanan namizədlər CV-lərini “Çağrı Mərkəzi Rəhbəri” başlığı ilə vakansiya@glasc.az ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 0502481000

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Elan #5123826

  • 20737

Oxşar vakansiyalardan bildiriş al

Çağrı mərkəzi üzrə rəhbər vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox