Vakansiya haqqında
Təsvir
PASHA Real Estate Group-un portfeli üzrə yeni gəlir mənbələrinin yaradılması və kommersiya effektivliyinin artırılması məqsədilə Biznesin İnkişafı üzrə Direktor axtarırıq. Vəzifə qarşılanmamış müştəri ehtiyaclarının və tam istifadə olunmayan aktivlərin müəyyənləşdirilməsini, bu ehtiyacları qarşılaya biləcək tərəfdaşlarla əlaqələrin qurulmasını, eləcə də perspektivli imkanların ilkin ideyadan müqavilənin bağlanmasına və həyata keçirilməsinə qədər idarə olunmasını əhatə edir. Uğurlu namizəd Qrupun Azərbaycanda və fəaliyyət göstərdiyi digər bazarlardakı şirkətləri ilə əməkdaşlıq edəcək.
Əsas vəzifə öhdəlikləri:
Yeni gəlir mənbələri və kommersiya imkanları
- Qrupun yeni müştəri təklifləri yaratmaq, yeni müştəri seqmentlərinə çıxış əldə etmək və ya məkan və xidmətlərindən daha yüksək dəyər əldə etmək imkanlarını müəyyənləşdirmək məqsədilə Aktivlərin İdarəedilməsi (Asset Management) və əməliyyat şirkətləri ilə əməkdaşlıq etmək.
- Ödənişli xidmətlər, üzvlük proqramları, korporativ paketlər, sponsorluq, yeni pərakəndə satış və iaşə konsepsiyaları, eləcə də Qrupun müxtəlif şirkətləri arasında birgə təkliflər kimi imkanları inkişaf etdirmək. Tələbatı qiymətləndirmək və hansı ideyaların həyata keçirilməsinə qərar vermək üçün müştəri rəylərindən, bazar tendensiyalarından və müqayisə edilə bilən təkliflərdən istifadə etmək.
- Müştəri təklifini, gəlir modelini, tərəfdaş ehtiyaclarını və bazara çıxış strategiyasını müəyyənləşdirmək. Müvafiq komandalarla birlikdə pilot layihələr hazırlamaq və müştəri marağı, eləcə də əməliyyat fəaliyyətindən əldə olunan rəylər əsasında təşəbbüslərin genişləndirilməsi, uyğunlaşdırılması və ya dayandırılması ilə bağlı tövsiyələr vermək.
Biznes imkanlarının formalaşdırılması və tərəfdaşlıqlar
- Yerli və beynəlxalq biznes sahibləri, brendlər, operatorlar, xidmət təminatçıları və kommersiya tərəfdaşlarından ibarət aktiv əlaqələr şəbəkəsi qurmaq. Yeni imkanların irəli sürülməsi və qərar qəbul edən şəxslərlə birbaşa əlaqə yaradılması üçün bu münasibətlərdən istifadə etmək.
- Potensial tərəfdaşları müştəri uyğunluğu, kommersiya təcrübəsi və öhdəlikləri yerinə yetirmək qabiliyyəti baxımından qiymətləndirmək. Hüquq və Komplayens komandaları ilə tərəfdaşların müvafiq yoxlama prosesini əlaqələndirmək. Hər bir tərəfdaşın töhfəsini və hər iki tərəf üçün nəzərdə tutulan faydaları müəyyən edən təkliflər hazırlamaq.
Kommersiya danışıqları və layihələrin həyata keçirilməsi
- Təsdiq edilmiş səlahiyyət çərçivəsində ilkin kommersiya şərtləri üzrə danışıqlara rəhbərlik etmək. İcarə, gəlirlərin bölüşdürülməsi, lisenziyalaşdırma, françayzinq və operatorların idarəetmə müqavilələri daxil olmaqla, uyğun müqavilə strukturlarını təklif etmək. Qiymətləri, məsuliyyətləri, fəaliyyət göstəriciləri üzrə öhdəlikləri və müqaviləyə xitam şərtlərini müzakirə etmək.
- Yeni imkanların daxili təsdiqi üçün təqdimatlar və müvafiq sənədlər hazırlamaq. Təklif olunan şərtləri, gözlənilən faydaları, əsas riskləri və tələb olunan qərarları əks etdirmək. Sənədləri Qrupun təsdiq çərçivəsinə uyğun olaraq CEO-ya və ya müvafiq komitəyə təqdim etmək.
- Müqavilələrin yekunlaşdırılması və təsdiqi üçün Hüquq və Maliyyə komandaları ilə əməkdaşlıq etmək. Təsdiqlənmiş təşəbbüslərin həyata keçirilməsini və davamlı idarəetmə üçün müvafiq komandalara təhvil verilməsini təmin etmək məqsədilə Marketinq və əməliyyat komandaları ilə koordinasiyalı işləmək.
- Həyata keçirilmiş biznes təşəbbüslərinin təsdiq edilmiş biznes planlarına uyğun fəaliyyətini, o cümlədən gəlirləri, müştəri marağını və tərəfdaş öhdəliklərini izləmək. Məsul biznes bölmələri ilə nəticələri mütəmadi nəzərdən keçirmək və fəaliyyətin təkmilləşdirilməsi, genişləndirilməsi və ya aşağı nəticə göstərən təşəbbüslərin dayandırılması ilə bağlı tövsiyələr vermək.
İşgüzar əlaqələr və qərarvermə səlahiyyətləri
- CIO-nun biznes imkanları üzrə portfelini (opportunity pipeline) aktual və prioritetləşdirilmiş vəziyyətdə saxlamaq. Gözlənilən kommersiya faydalarını, tərəfdaşların statusunu, tələb olunan qərarları və layihələrin başlanma mərhələlərini izləmək. Layihə başladıqdan sonra müvafiq biznes bölməsi ilə birlikdə nəticələrin monitorinqini aparmaq.
- Biznes imkanlarının ilkin formalaşdırılmasından həyata keçirilməsinə qədər İnkişaf, İnvestisiya, Aktivlərin İdarəedilməsi və əməliyyat şirkətləri ilə əməkdaşlıq etmək. Biznesin İnkişafı funksiyası tərəfdaşlarla əlaqələrin qurulmasına və kommersiya danışıqlarına rəhbərlik edir. Aktivlərin İdarəedilməsi və əməliyyat şirkətləri prioritetlərin müəyyənləşdirilməsində, icra məsuliyyətlərinin razılaşdırılmasında və davamlı fəaliyyətin nəzarətdə saxlanılmasında iştirak edirlər.
- Zəruri hallarda İnvestisiya və digər funksiyalara qərarların qəbulunu dəstəkləmək məqsədilə müştərilər, bazar və tərəfdaşlarla bağlı məlumat və təhlillər təqdim etmək.
Tələblər
- Biznesin inkişafı, kommersiya tərəfdaşlıqları və ya əlaqəli biznesin genişləndirilməsi istiqamətlərində minimum 10 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifələrdə təcrübə və biznes imkanlarının ilkin mərhələdən müqavilənin imzalanmasına və layihənin həyata keçirilməsinə qədər idarə olunması üzrə uğurlu təcrübə.
- Azərbaycan və beynəlxalq bazarlarda yüksək səviyyəli kommersiya qərarvericiləri ilə formalaşmış aktiv işgüzar əlaqələr şəbəkəsi. Daşınmaz əmlak, qonaqpərvərlik, pərakəndə satış, qida və içki (F&B), istirahət və ya istehlak xidmətləri kimi müvafiq sektorları əhatə edən tərəfdaşlıq əlaqələri.
- Güclü kommersiya düşüncəsi, müqavilələrin strukturlaşdırılması və danışıqların aparılması üzrə praktiki təcrübə. Qiymətlərin, xidmət haqlarının, gəlirlərin bölüşdürülməsi mexanizmlərinin və əməliyyat məsuliyyətlərinin hər iki tərəfin maraqlarına təsirini anlamaq, o cümlədən restoranların idarə edilməsi müqavilələri və digər operator razılaşmaları üzrə bilik və təcrübə.
- Yüksək səviyyəli ünsiyyət və danışıqlar aparmaq bacarıqları. Xarici tərəfdaşlarla etibarlı münasibətlər qurmaq, rəhbər şəxslərə təsir göstərmək və birbaşa inzibati səlahiyyətlərə əsaslanmadan müxtəlif biznes bölmələri arasında koordinasiyanı təmin etmək bacarığı.
- Biznesin idarə edilməsi, iqtisadiyyat, qonaqpərvərlik, daşınmaz əmlak və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- İngilis dilini sərbəst bilmək mütləqdir. Rus dili biliyi üstünlükdür.
- Tərəfdaşlarla görüşlər və obyektlərə səfərlər məqsədilə mütəmadi işgüzar səfərlərə hazır olmaq.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!