Vakansiya haqqında
Brend və reklam işi üzrə mütəxəssis
Vakansiya haqqında
İş qrafiki: Standart
İş müddəti : Müvəqqəti
Son müraciət tarixi : 03.09.2021
Sizin əsas vəzifə öhdəlikləriniz:
*Müvafiq zaman çərçivəsində fərqli miqyaslı ATL və BTL kampaniyalarını hazırlamaq, idarə etmək və uğurla icra etmək
*Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq
*Həyata keçirilən layihələr üzrə müvafiq marketinq ünsiyyət layihəsi cədvəlləri və hesabatları hazırlamaq
*Layihələr üzrə müvafiq məlumatların yerləşdirilməsini təmin etmək
*Müxtəlif kommunikasiya kanalları üçün Azərbaycan, Rus və İngilis dillərində düzgün məhsul mesajları və mətnləri hazırlamaq
*Yeni ideyalarla əlaqədar görüşlərdə iştirak etmək və kreativ kampaniyalar üçün təkliflər irəli sürmək
*Agentlik və vendorlar ilə əməkdaşlıq etmək
*Bütün reklam materialları üzrə məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq
*Məlumatların brend qaydalarına uyğun olmasını və məlumatın hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək məqsədilə reklam materiallarında mütəmadi yoxlamalar həyata keçirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
*Ali təhsil
*Brend və ya reklam işi sahəsində ən azı 2 il iş təcrübəsi (Xarici şirkətlərlə işləmə təcrübəsi üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
*Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
*Vendorlarla işləmə bacarığı
*Təşkilatçılıq bacarığı
*Vaxtın düzgün idarə olunması bacarığı
*Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
*Təzyiq altında işləmə bacarığı
*Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
*MS Office proqramlarını bilmək
Müraciət etmək üçün:
CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Brend və reklam işi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!