Vakansiya haqqında
Əsas vəzifələr:
- Brend strategiyasının hazırlanması və icrası.
- Hədəf qrupunun xüsusiyyətlərini araşdırmaq, onların satınalma davranışlarını izləmək.
- Bazar payı, satış kanallarındakı penetrasiya və rəqib hərəkətləri üzrə araşdırmalar aparmaq.
- Bazar seqmentlərinə uyğun qiymət strategiyalarını formalaşdırmaq və yeni məhsullar üçün təkliflər vermək.
- Yeni məhsul konseptləri hazırlamaq və bazar araşdırmaları ilə istehlakçıların rəylərini öyrənmək.
- Reklam və promosyon materiallarının brend strategiyasına uyğun hazırlanmasına nəzarət etmək.
- Reklam brifləri, satış promo materiallarının hazırlanması və işin gedişatına nəzarət.
- Rəhbərliyin təlimatlarını vaxtında və düzgün icra etmək.
Tələblər:
- Ali təhsil (marketinq və ya iqtisadiyyat üzrə).
- Azərbaycan dilində yazı və danışıq bacarıqları, rus dili arzuolunandır.
- MS Office proqramlarını yaxşı bilmək.
- Yaradıcı düşüncə və yaxşı ünsiyyət bacarıqları.
- Məsuliyyətli, dəqiq, inkişafa meyilli.
- 3 il iş təcrübəsi.
- Yaş: 25-35.
İş şərtləri:
- İş qrafiki: I-VI günlər, saat 08:30-dan 17:30-dək.
- İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 4/6.
Uyğun namizədlər CV-lərini göndərə bilərlər.
Müraciət qaydası:
Namizədlərdən cv-lərini cv@taim.edu.az ünvanına “Brend menecer” başlığı altında göndərməyi, vəzifə öhdəlikləri, namizədlərdən tələbləri diqqətlə nəzərdən keçirməyi xahiş olunur. Nəzərə çatdıraq ki, başlıqsız maillər diqqətdən yayına bilər.Əlavə olaraq fotosuz CV-lər nəzərdən keçirilməyə bilər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!